Milli Məclisin fevralın 23-də keçirilən iclasında deputat Məlahət İbrahimqızı Vətən müharibəsində əlil olan hərbçilərə əlillik təyinatının verilməsində yubanmalar olduğunu deyib.
“4 aya yaxındır müharibədə zəfər qazanmışıq, amma əlilliyin təyin olunması məsələlərində problemlər qalır. Vətən müharibəsində könüllü əyninə hərbi paltar geyinənləri, ordumuzun əsgərlərini bu qədər gözlətmək düzgün deyil. Onların əlillik dərəcəsi ilə adi insanlara verilən əlillik dərəcəsi eyni olmalı deyil”-deyə millət vəkili vurğulayıb.
M. İbrahimqızı bir çox ölkədə fərqli qaydaların tətbiq olunduğunu söyləyib: “Məsələn, Türkiyədə müharibədə iştirak edənlərlə bağlı 6 əlillik dərəcəsi tətbiq edilir. "Avtoşluq" edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz. Bu məsələ aidiyyəti qurumlarda baxılmalıdır”.
“AzPolitika.info”


Şərhlər
aye.bu analoqu olmayan diputatimiz indi niye daniwiyer,hiyy.get otur villalarinda analoqu olmayan ermeni ramizin qurduqu sistemi terifle
Bircə fərqi var Səlim Müslümovdan bu ondan da qat qat zəif baxırdı
Mence bu mesele yubanmalı yox heç müzakire de olunmamalı ,tecili hell olunmalıdır.Daha bu nazirin Selim Müslümovla ne ferqi.Axı bu üşaqlar canlarından keçib bizim Vetenimizi düşmenden azad ediblet Axı bele Allahsızlıq vicdansızlıq olmaz Allah adamın gerek başına daş salsın ya bu işe laqeyd baxanların cezasını versin Olmaz bele