“Azərbaycan - Türkiyə birliyi ən yüksək səviyyədədir” - Ceyhun Bayramov

Azərbaycan - Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf etməkdədir.

Bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib: “Dövlət başçılarının bilavasitə iştirakı ilə bu münasibətlər günbəgün inkişaf edir. 44 günlük vətən müharibəsi dövründə Azərbaycan dövləti və Azərbaycan xalqı bütün sahələrdə Türkiyənin birmənalı dəstəyini gördü. Hesab edirik ki, Azərbaycan - Türkiyə birliyi ən yüksək səviyyədədir. Böyük məmnunluq hissi ilə onu qeyd etmək istərdim ki, üçtərəfli bəyanat əsasında imzalanmış və regionda yeni təhlükəsizlik formatı müəyyən edilib”.

Nazir həm də 2020-ci ildə pandemiya ilə bağlı Azərbaycan - Türkiyə iqtisadi müasibətlərində cüzi azalma olduğunu da qeyd edib.

“19 fevral 2021-ci il tarixində Ankarada keçirilən hökumətlərarası iqtisadi əməkdaşlıq komitəsinin iclası və bütün istiqamətlər üzrə inkişaf perspektivlərinin müzakirə edilməsi, 53 bənddən ibarət yeni protokolun imzalanması qısa müddət ərzində əlaqələrimizin inkişafını daha da sürətləndirəcək”, - deyə nazir bildirib. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar