Avstriyadakı ifrat sağçı və Rusiya tərəfli FPÖ partiyasının üzvü olan keçmiş Avstriya Xarici İşlər Naziri Karin Kneissl, 2018-ci ildəki toyu ilə dünya gündəminə gəlmişdi.
Sabiq nazirin, toyuna Putini dəvət edərək onunla birlikdə rəqs etməsi uzun müddət dünya gündəmində danışılmışdı.
Rusiya Prezidenti Vladimir Putin, Kneissl'i, yaxın günlərdə ölkənin ən böyük neft şirkəti olan Rosneft PJSC-nin rəhbərliyinə təyin etib. Kneisslin vəzifəyə gəlməsi Rusiya mediasında gündəmə çevrilib.
Əlavə olaraq qeyd edək ki, Neft nəhəngi şirkətə Putinin ən yaxın dostlarından biri olan İqor Seçin rəhbərlik edir.
Şirkətin idarə heyətində diqqəti çəkən başqa bir ad da keçmiş Alman Kansleri Gerhard Schröderdir. Schröderə ildə təxminən 600.000 avro ödənilsə də, Kneissl-in nə qədər alacağı hələki məlum deyil.
"AzPolitika. info"



Şərhlər