Menu

Prezidentinin sabiq əvəzləyicisi həbs olundu - FOTO

15.03.2021, 10:07
Prezidentinin sabiq əvəzləyicisi həbs olundu - FOTO

Boliviyada məhkəmə prokurorluğun ölkə prezidentinin əvəzləyicisi olmuş Janin Anyes barəsində vəsatətini təmin etmək barədə qərar qəbul edib.“Report” xəbər verir ki, bu barədə Janin Anyes özünün tvitterdəki hesabında yazıb.

Siyasətçi 4 aylıq inzibati həbs cəzası alıb.

“... Məni baş verməmiş “çevriliş" üçün mühakimə olunmağımı gözləmək üçün dörd ay müddətinə həbsxanaya göndərdilər”, - o, sosial şəbəkədə yazıb.

Janin Anyes martin 13-də dövlətə xəyanət, qiyama və sui-qəsdə təhrikçilik ittihamları üzrə saxlanılıb.

Boliviya polisi ölkə prezidentinin sabiq əvəzləyicisini yaxalamağa gələndə onu çarpayının altında aşkarlayıb. Anyes Benya departamentinin Trinidad şəhərindəki qohumlarının evində imiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı onu çarpayının altında yerləşən yeşikdə tapıblar.

Onun tutulması BMT baş katibinin diqqətini cəlb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol