Menu

"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub

13.04.2021, 13:07
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub

Bakı Fond Birjası 2021-ci ilin 1-ci rübü üzrə hesabatını yayıb. Marja xəbər verir ki, hesabatda birja üzvlərinin ticarət göstəricilərinə də yer verilib.

Hesabatdan məlum olur ki, 2021-ci ilin 1-ci rübü ərzində səhm bazarı üzrə əməliyyatların həcminə görə 1-ci yeri "MFX- Trading İnvestisiya Şirkəti” ASC tutub.

Şirkət ilk rübdə səhmlər üzrə 10 milyon 22 min manatlıq əməliyyat həyata keçirib.

2021-ci ilin yanvar-mart dövründə bazarda səhmlər üzrə cəmi əməliyyatların həcmi 12 milyon 651 min 897 manat təşkil edib. Əməliyyatların 79,2%-i "MFX- Trading İnvestisiya Şirkəti”nin payına düşüb.

“MFX- Trading İnvestisiya Şirkəti” investisiya şirkəti fəaliyyətinə ötən ilin Oktyabr ayında lisenziya alıb. 

Şərhlər

Xalq 2021-04-13 17:55:12

"qəşəng"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol