“Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxt müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir”.\
Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev səsləndirib.
Onun sözlərinə görə, banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də, qurum bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir.
Bu məsələnin internetdə problemə çox oxşadığını deyən ekspert qeyd edib ki, problemlə olduqda, onu ATS-lərlə provayderlər bir-birinini üstünə atırlar: “Zərbə isə istehlakçıya dəyir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür. Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur. Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirəri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib”.

S.Əliyev, Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırmasının anlaşılmaz olduğu qənaətindədir: “Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da hamıya sərf edir. Və məzənnəni qorumaq üçün hökumət MB-nin timsalında məhdudlaşdırıcı tədbirlər atır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir”.
İqtisadçı-ekspert, qarşıda 2 yol olduğunu diqqətə çatdırır: “Ya məzənnəni buraxmalıyıq və bunu zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, hm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də MB açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil”.

Şərhlər
Hə, elədir..... gecikirik və vaxt itiririk, nahaq. Keçidin mərhələləri, hər mərhələ üzrə həlli zəruri olan suallar və iqtisadi fəaliyyətdə əldə olunması nəzərdə tutulan başlıca hədəflər əsaslandırılmalıdır – məzənnə rejimi üzrə mərhələlərlə baş verəcək dəyişikliklər (çevik məzənnə rejiminə qədər, maili məzənnə dəhlizi, dəhlizin sərhədləri); kreditləşmə və faiz dərəcəsi mexanizmi üztə tələb olunan dəyişikliklər; sosial müdafiə üzrə tələb olunan dəyişikliklər, vergi sistemi və büdcə xərcləri səviyyəsi və səmərəliliyinin mütləq artırılması üzrə tələb olunan dəyişikliklər; bazar mühitinin fomalaşması üçün mütləq tələb olunan institusional dəyişikliklər (mülkiyyət hüququ, investisiyalara təminat, rəqabət mühiti və s.)..... bütün bunlar sistem halında və qarşılıqlı əlaqədə həllini tapmalıdır. Alternativ variant, “cəngəllik” variantıdır, demək artıqdır....
Mərkəzi Bankın unutduğu, yadından çıxan 2016-cı ildə reallaşdırdığı məzənnə dəhlizi siyasətidir.....)))))))))) sürətli devalvasiya, valyuta qıtlığı zamanı; və sonra sürətli revalvasiya valyuta bazarında sabitlik yarananzaman. Belə siyasət bazarda əhali arasında ajiotajı qaldırır, sakitliyi qismən, lakin əhəmiyyətli dərəcədə təmin edir....ən başlıcası isə ölkənin valyuta balansının tənzimlənməsinə imkan verir....belə siyasətin alternativi yoxdur, görəsən mərkəzi bank reallaşdırdığı səmərəli siyasəti niyə unudub???
Biz məzənnəni axarına çoxdan buraxmalı idik. Təbii ki, məzənnənin dondurulması da dövlətə elə belə- başa gəlmir. Zorla nəyi isə zamana qarşı cilovlamaq, xeyirindən çox zərərə səbəb olur..