"Azərbaycanda 2009-2014-cü illərlə müqayisədə 2015-2020-ci illərdə doğumun, nigahların sayı azalıb, boşanmaların və ölümlərin sayı isə sürətlə artıb".
"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki hesabında yazıb.
Ekspert ötən 12 ilin başlıca demoqrafik göstəricilərini hər biri 6 ildən ibarət olmaqla 2 ardıcıl dövrə bölüb və cədvəl hazırlayıb. Cədvəldə təqdim olunur ki, birinci dövrədə 1.011494 doğum, 324 904 ölüm qeydə alınıb. İkinci dövrədə bu göstəricilər müvafiq olaraq 876447 doğum, 357.267 ölüm təşkil edib. Rəqəmlərin müqayisə etdikdə doğum sayının 135.050 nəfər azaldığı, ölümlərin isə 32.363 nəfər artdığını məlum olur.
Nigah və boşanma saylarına gəldikdə birinci dövrədə 496.218 nikah, 63.497 boşanma qeydə alınıb. 2015-2020-ci illərdə isə bağlanan nikahların sayı 360.168, boşanmalar isə 87.025 olub. Beləliklə, 136.050 nikah sayı azalıb, boşanmalar isə əksinə, 24.528 artıb.
Q. İbadoğlunun sözlərinə görə, əslində bu dinamika bir sıra göstəriciləri, o cümlədən, rəsmi orta ömür uzunluğu rəqəmini şübhə altına alır.
Qeyd olunan rəqəmlər Azərbaycanın demoqrafik böhranın astanasında olduğunu söyləməyə əsas verir. Problemin dərinləşməməsi üçün hökumətin vaxt itirmədən bir sıra istiqamətlər üzrə geniş sosial proqramlar həyata keçirməsi tələb olunur.
"AzPolitika.info"



Şərhlər
hər şeyin qiyməti qalxanda belə olar
Statistik təhlil göstərib ki, Azərbaycanda İtaliya və Rusiyadan kəskin demoqrafiya böhranı gözlənir? Ölkəmizdə azyaşlı və gənc nəsil daim üstünlük təşkil edib!ı
Rus kəlməsi var- "Hər kəs öz könlündəki (düşüncəsi) ilə ölçür?"
Boshanma problemini hell etmek uchun aliment meselesini yigishdirmaq lazimdir. Aliment , yalniz, o halda verilmelidir ki, kishi ailesini atib, gedib, bashqa aile qurub, ovladina baxmir. Yoxsa ki, indiki qizlar kimi, ere getmek xatirine ere gedirler, bir ushaq dogub, bashlayirlar boshanmaqdan dem vurmaga. Eger, qadin, doyulmurse, soyulmurse, xeyanet fakti yashamirsa, kefi isteyib, ushagi goturub, bashqa heyat dalinca gedirse, ona hechbir aliment odemek lazim deyil. Versin ushagi atasina.. Yaxshi shey tapiblar qizlar-oglan evini xerce salib, toy etdirirler, bir ushaq dogurlar, bir balaca chetinliye dushen kimi, bashlayirlar boshanib, ev teleb etmeye. Ne haqla? Camaat illerle eziyyet chekib, ev alir ogluna ki, ona duz-emelli arvad olmayan qadina versin? 10 il birge yashamamish qadina hech yashama huququda vermek lazim deyil. Qanunlar sertleshse, boshanmalar azalacaq. Bunu bir qadin kimi deyirem.