2022-ci ildə də pul siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2 faiz) doğru dinamikasının təmin edilməsi olacaq. Bu barədə Mərkəzi Bankın bəyanatında məlumat verilib.
Bildirilib ki, bu məqsədə nail olmaq başlıca olaraq qeyri-monetar amillərdən - dünya ərzaq və enerji daşıyıcıları qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaq.
Pul siyasətinin son hədəfi inflyasiyanın 4±2 faiz dəhlizində idarə olunması dəyişməz qalır. Yenilənmiş son inflyasiya proqnozlarına görə baza proqnozunda qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.
Mövcud yüksək inflyasiya səviyyəsinə xarici amillərin təsirinin keçici xarakterini nəzərə alaraq monetar siyasət qiymətlər sabitliyi ilə iqtisadi artım və məşğulluq məqsədləri arasında çevikliyi saxlayacaq. Lakin situasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər. İnflyasiya gözləntilərinin effektli idarə olunması həyata keçirilən siyasətə ictimai etibarın yüksəldilməsinə yönələcək. Siyasət reaksiyası yarana biləcək qeyri-müəyyənlikləri və siyasətə inamsızlığı aradan qaldırmaqla investisiya-biznes fəallaşmasına yol açacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcək.

Şərhlər
Mərkəzi bankdan növbəti tapmaca...))))))))))))))) 1. Əgər inflyasiyanın hədəf diapazonu (4±2 faiz)-dirsə və bu parametr başlıca olaraq qeyri-monetar amillərdən və növbəti ilə dövlət tarif siyasətindən asılı olacaqsa; 2022-ci ilin ikinci yarısından etibarən inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcəksə monetar siyasət qiymətlər sabitliyi ilə iqtisadi artım və məşğulluq arasında çevikliyi necə saxlaya bilər??? Aydınıdr ki, iqtisadiyyatda ya inflyasiyanın 6% səviyyəsi ya da inflyasiyanın daha yüksək səviyyəsində iqtisadi artım!!!....... 2. Lakin situasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər.......yəni, başqa sözlə, monetar amiilər hesabına iqtisadi aktivlik zəiflədilə bilər, daha dəqiqi isə, iqtisadi artım və məşğulluq səviyyələri üzrə artım zəiflədilə bilər!!! .....3. reallaşdırılan siyasət yarana biləcək qeyri-müəyyənlikləri və inamsızlığı aradan qaldırmaqla investisiya-biznes fəallaşmasına yol açacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcək..........bax bunu nə qədər fikirləşirəm başa düşə bilmirəm necə???............)))))))))))))))))))))))))))))))))