Menu

ŞƏMKİR POMİDORUNUN "YIXILAN EVİ" – “Azəriqaz” sahibkarları ağır duruma salıb (VİDEO)

30.12.2021, 17:49
ŞƏMKİR POMİDORUNUN "YIXILAN EVİ" – “Azəriqaz” sahibkarları ağır duruma salıb (VİDEO)

Şəmkir rayonunda bir qrup sahibkar istixanaların qızdırılmasıyla bağlı ciddi problemlə qarşılaşıb.

“AzPolitika.info” xəbər verir ki, rayonun Əliyaqublu kəndindəki fermerlərin qarşılaşdığı istilik problemi “Azəriqaz”-ın həmin şəxslərdən təbii qaza görə olan borclarını dərhal tələb etməsidir. Lakin sözügedən sahibkarlar ötən il AQTA-nın sertifikatlaşmanı gecikdirməsi səbəbindən mallarını bazara çıxara bilməyiblər. Nəticədə böyük ziyana düşən sahibkarların maliyyə vəziyyəti borcu ödəməyə imkan vermədiyindən “Azəriqaz”dan borc tələbini ertələməyi xahiş edir. Lakin sözügedən qurum heç cür razılığa gəlmir və istixanaları qazsız qoyur.

Bu problemlə bağlı “Prime TV”-nin reportajını təqdim edirik:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol