MƏKTƏBLƏRİN AYAQYOLUSUNDA ŞPRİSLƏR, FALQALAR TAPILIR... - "Direktorun başı pul yığmağa qarışdığı üçün bu ciddi məsələyə vaxt ayırmır"

"Təəssüflər olsun ki, məktəblilər arasında da narkotik və ya ona bərabər olan vasitələrdən istifadə edənlər var. Buna görə ciddi şəkildə narahat olmaq lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 15 yaşında narkoman olan Rafiqin orta məktəblərin ayaqyolusunda xadimələrin şpris, falqa, iynələr tapması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Onun sözlərinə görə bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır: "Birinci məktəb direktorları aktiv iştirak etməlidirlər. Bu kimi baş verən hadisələr direktorların səhlənkarlığı ucbatından baş verir. Düşünürəm ki, orta məktəblərin girişlərində təhsil müəssisələrinə daxil olanların, məktəbin həyətində, yaxınlığında şagirdlərlə təmasda olanların izlənməsi üçün kameralar quraşdırılmalıdır. Aidiyyəti dövlət qurumlarının hesabatlarına baxanda görürük ki, son vaxtlar ölkədə narkotik vasitələrin istifadəçilərinin yaşında azalma müşahidə olunmaqdadır. Təhsil sistemində belə bir yanlış düşüncə var ki, orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin aparılması hüquq-mühafizə orqanlarının işidir. Bu, çox dar və cılız düşüncədir. Bu bəlaya qarşı hamı mübarizə aparmalıdır, başda da orta məktəblər. Düzdür, hazırda orta məktəblərə izləyici kameraların quraşdırılması məktəb direktorunun keçirilən dərsləri izləməsi, məktəbə ümumi nəzarət etmək üçün işləyir. Amma məktəb yaşlı uşaqları bu bəladan qorumaq təhsil işçilərinin vəzifəsidir. Çünki uşaqlar məktəbdə, onun ərazisində bu bəlaya düçar olurlar".

Kamran Əsədov bildirib ki, orta məktəblərdə şagirdlərə narkotik maddələrin istifadəsinin hansı bəlalara yol açdığı barədə maarifləndirici tədbirlər keçirilməlidir: "Amma bu hansısa QHT-nin pul yumaq oyunu kimi həyata keçirilməməlidir. Çünki şagirdin gününün 5-6 saatı məktəbdə keçir. Bu müddət ərzində demək olar ki, onlar nəzarətsiz qalırlar. Məktəb rəhbərliyi mütəmadi olaraq məktəbliləri narkomaniyanın necə bəla olduğu barədə məlumatlandırmalıdır ki, onlar narkotik alverçilərinin toruna düşməsinlər. Amma bir çox direktorun başı pul yığmağa qarışdığı üçün bu ciddi məsələyə vaxt ayırmır".

635x100

Şərhlər

Aborigen 2022-01-15 10:11:05

Bu gün Azərbaycanda istənilən növ spirtli içkilərin satışı və istifadəsində heç bir qadağa və məhdudiyyət yoxdur. Bəc nə üçün alkoqoliklərin sayı artmır? Əksinə, istifadəçilərin sayı getdikcə azalır. xüsusən gənclər arasında. Əgər bu sula cavab tapa bilsək, onda narkomaniya problemi olmaz.

Kələntər 2022-01-12 13:50:38

Kamran bəy, narkomaniyanın kökünü başqa yerdə axtarın, məktəbin ayaqyolusu olmasın, çoxmərtəbəli binanın bloku olsun, bir yer tapıb bu zəhrimarı vuracaqlar onsuz da...

Sabir 2022-01-11 22:49:02

Narkoyik trafikini və satıına krışalıq edən məmurlar a qarşı ölçü götürülmədiyindən bu geniş yayılır.

Valideyin 2022-01-04 16:33:14

...,müəllimləri savadsız yetişdirəndə,məktələrə biganə münasibət bəsləyəndə,təlim-tərbiyə işlərinə diqqər verilməyəndə,müəllimlərdə səhlənkarlığa qarşı tədbirlər görülməyəndə daha nə olmalı isi ki?

Millət 2022-01-04 16:28:01

Narkomaniyaya qarşı mübarizəni yuxarılardan başlamaq.himayədarları aradan çıxarmaqla aparmaq nəticə verə bilər.....

Rahim 2022-01-04 16:12:08

Hörmətli Kamran bəy, Azərbaycanda " direktorlar Məktəbləri idarə etmək üçün deyil Var- dövlət toplamaq üçün çalşırlar. 40 illik müəllimlik dövründə MƏN səriştəli məktəb direktoru GÖRMƏDİM. Yalnız pul yığmaq. VƏ Saxta qiymət yandırmaq təcrübəsi ONLARIN. Əsas işləri olub.

Vətəndaş 2022-01-04 15:54:03

Hökumət məktəblərə,uşaq baxçalarına diqqəti artırmalıdır.Hər yeri alver ocağına çevirmək millətə xəyanətdir.Təhsil.təlim-tərbiyədən pul qazanmaq yox.kapital qoymaq daha doğrudur.Bu sahəyə dövlət qauğısı hiss olunmalıdır.Axı təhsil ölkənin fundamenti.tərbiyə isə məəniyyətidir.Butada kommersiya maraqları yol verilməzdir.

RT 2022-01-04 12:43:34

Hara dûzdûki mektebde duz olsun hiyyy ?

Məktəbli 2022-01-04 12:29:06

Uşaq baxçasında davranış-tərbiyə proqramı keçmədən məktəbə hazırlıq, valideynin qura bilmədiyi unsiyyət isə tərbiyəçi və psixoloqlardan necə sorula bilər?

Son yazılar