NAZİR İKİ ŞÖBƏYƏ MÜDİR VƏ ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ - SİYAHI

Mədəniyyət Nazirliyində yeni yaradılan Yaradıcı sənayelər və rəqamsal inkişaf şöbəsinə və Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinə yeni müdirlər təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrlərə əsasən, Ramil Abbəkirov Yaradıcı sənayelər və rəqamsal inkişaf şöbəsinin, Vüqar Məmmədov isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə gətirilib.

A.Kərimov digər əmrlə Fuad Məmmədovu özünə müşavir təyin edib.

Qeyd edək ki, hazırda mədəniyyət nazirinin iki müşaviri var. A.Kərimovun digər müşaviri Vüqar Şahinzadədir.

Xatırladaq ki, F.Məmmədovdan əvvəl bu vəzifəni hazırda nazirin birinci müavini olan Elnur Əliyev tuturdu.

635x100

Şərhlər

t.ədalət 2022-01-11 20:17:44

Görəsən,onların arasında Azərbaycan əsillilər varmı?Yoxsa,hamısı gəlmə camaatdır?

Ramin 2022-01-11 18:25:24

Yeni təyin edilənlər də oynaya bilir? Onları da göstərin millət görsün ki. mədəniyyət yüksəlir.

Mubariz 2022-01-11 16:40:53

Bu nə strukdurdu ,kim istəyir bütün dost -tanışlarını özünə müşavir təyin edir ? Maliyyə Nazirliyi nə üçün bu ştatları ləğv etmir ? Yadınızdadırsa F. Məmmədovun 13- müşaviri var idi ,indi də bunlar

Son yazılar