KASIBLARI TƏHQİR EDƏN HARIN SÜRÜCÜ GÖRÜN KİM İMİŞ... - Zakir Qaralovun “pul yığanı”... + VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1985-ci il təvəllüdlü Samid Bağırov müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.

Bakupost.az həmin sürücü ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib.

Bəlli olub ki, 37 yaşlı S. Bağırov heç də sıradan bir nəfər deyil. Uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub.

O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb. Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.

635x100

Şərhlər

t.ədalət 2022-01-13 12:43:28

....... Zakir Karalovu baş prokuror qoyanda belə olacaqdı da.

RR 2022-01-13 07:38:45

Haftafa meselesi ) Zakor ise az milletinin 1 ci dûshmanidi ! bilesiz Onun heps edilmemesi bize tehqirdi )))

Ramin 2022-01-12 23:24:01

Esl kasıb bedbaxt sensen.Cünki pul var gözünü örtüb Allahı unudubsan.

Aborigen 2022-01-12 17:08:15

Bu deyilənlərin bəzilərindən belə məlum olur ki, əgər bu varlıq kasıbları tərifləsəydi və onlara qarşı bir az yumşaq rəftar etsəydi, onda hər şey qaydasında olardı. Siz məni başa salın görüm kasıbın dərisini soyub sonra da onu sevdiyini, onun qarşısında saxta sevgi göz yaşları tökənlərlə bunun fərqi nədir? Bu qul psixologiyası nə vaxt bizi tərk edəcəkdir? Canavarın zalımı və ya mərhəmətlisi olmur! Bunu birdəfəlik anlamaq lazımdır!

Eli 2022-01-12 14:15:20

Nence bele adama adam demek mümkündğrse baş qoşmaq lazım deyil .Niye?Birincisi bele axmağın vavabı susmaqdır.İkinciside bir misal var:p.. yeyen iti öldürmezler,qoyun işinde olsun.

Kələntər 2022-01-12 13:37:23

Polis 37 yaşlı cavanla 60 yaşlı adamı ayırd edə bilmir?

Eli 2022-01-12 13:18:30

Zakir Qaralovun azadliqda qalmasi Azerbaycan xalqina qarwi tehqirdir...

Roma 2022-01-12 12:58:16

Deyirəm görəsən belə bir insan niyə yaşayır... kasıb təbəqəni təhqir edən və deyərdim ki, ələ salan...sən o kasıb təbəqənin hesabına yaşayırsan, onlar olmasa sən hardan qazanardın və o sürdüyün maşını demirəm heç boğazınnan aşağı gödənivi də doyuzdura bilməzdin...heç düz-əməlli danışa bilmirsən, Xalqa, Millətə şıllaq atırsan, bir sözlə harınlıq əlamətidir...

Türk 2022-01-12 12:36:00

Biz bir kasıb vətəndaş olaraq sənin üzrxahlığını qəbul etmirik. Dövlətimizdən artıq dərəcədə xahiş edirik bunun barəsində həbs qəti imkan tədbiri seçsin. Allah sənin kimilərinin bəlasını versin.

Ədalət 2022-01-12 12:18:46

Ona hər yerdə yaşıl işıq dir. Çünki adamı var

Son yazılar