DEPUTATLARIMIZIN KİTABA VƏ YALTAQLIĞA MÜNASİBƏTİ... – “İş elə gətirdi ki, nazir təyin olundum...”

“Şahbaz Xuduoğlunun kitab satışı, ümumiyyətlə cəmiyyətimizdə kitaba münasibətlə bağlı ürək fəryadı adlandırıla biləcək statusunu oxudum. Deyəsən, "Mən Azərbaycan televiziyasına baxmıram" trendinin ardınca "Mən Azərbaycan kitabı oxumuram" brendi də dəbə minir. Əslində çoxdan dəbdədir…”

“AzPolitika.info” xəbər verir ki, bunları Azərbaycanın sabiq xarici işlər naziri diplomatı, dilçi alim Vilayət Quliyev “Feysbukda” yazıb və fikrini əsaslandırmaq üçün maraqlı bir epizodu yada salıb.

Sabiq nazir daha sonra yazır: “1998-ci ildə - Prezidentin sərəncamı ilə "Azərbaycanlıların soyqırımı ili" elan olunduğu vaxt öz vəsaitimlə "Azərbaycanda erməni zülmü - Армянское насилие в Азербайджане" adlı kitab çap etdirmişdim. Kitaba Qarabağa haqsız erməni iddiaları ilə bağlı Azərbaycan və rus dillərində yazdığım məqalələr və bəzi xarici müəlliflərdən mövzu ilə bağlı tərcümələr daxil edilmişdi. Həmin dövrdə Milli Məclisin üzvü idim. İclasdan əvvəl katibliyə 125 nüsxə kitab verib deputatlara paylamağı xahiş etdim. Təbii ki, iclas başlamamışdan əvvəl sənədlərlə birlikdə hər həmkarımın qarşısına mənim aktual mövzuya həsr olunan kitabımdan da bir nüsxə qoyulmuşdu. İclas başa çatdı. Özümdən asılı olmayaraq zalı dolaşdım və kitabların 90 faizinin qoyulduğu yerdə qaldığını gördüm…

Şahbaz bəy insanların pul verib kitab almamasından şikayətlənir. Mənim təsadüfümdə də isə milli seçkinlər müftə paylanan kitabı özləri ilə aparmağa lüzum görməmişdilər…”

V.Quliyevin sonda yazdıqları isə daha maraqlıdır: “İş elə gətirdi ki, bu hadisədən bir neçə ay sonra gözlənimədən nazir təyin edildim. O zaman kitaba gözünün ucu ilə də baxmayan bəzi arkadaşlar yaxınlaşıb min tərif və xahiş-minnətlə məndən imzalı kitab istəyirdilər. Təbii ki, onların kitaba münasibəti dəyişməmişdi. Sadəcə, Molla Nəsrəddinin məşhur "kürk" əhvalatı təkrarlanırdı...”

“AzPolitika”

635x100

Şərhlər

Aborigen 2022-01-15 08:27:35

"Biz qoca Qafqazlı igid ərlərik..." Allah sənə rəhmət eləsin Sabir!!

korrektor 2022-01-14 18:20:52

yaltaqlıq həyat tərzidir!

Eli 2022-01-14 17:50:22

Bunlar onu tesdiqleyibler ki bizi Xalq Millet vekili seçmeyib, biz öz gücümüze deputat olmuşuq.

Rahim 2022-01-14 17:31:08

AZƏRBAYCANDA SƏMİMİ MƏMUR TAPMAQ MÜMKÜN DEYİL.

RAHİM 2022-01-14 17:28:19

Görürsünüz də bir daha aydın şəkildə təsdiq edilir ki Azərbaycanda Yaltaq məmur ordusu xalqı yox özlərini düşünürlər. ....". Çoxu biznesmenlərdir. deputat yox.

TARIX 2022-01-14 17:26:59

VİLAYƏT MÜƏLLİM SİZ ÖZÜNÜZÜ SƏMİMİ İNSAN SAYIRSINIZMI???

Son yazılar