Menu

“NƏSLİMDƏ ƏN İMKANLISI DA, ƏN VƏZİFƏLİSİ DƏ MƏNƏM” - Tahir Kərimli + VİDEO

19.01.2022, 00:09
“NƏSLİMDƏ ƏN İMKANLISI DA, ƏN VƏZİFƏLİSİ DƏ MƏNƏM” - Tahir Kərimli + VİDEO

Millət vəkili Tahir Kərimli sosial şəbəkə hesabında ona qarşı səslənən ittihamlara cavab verib. Video formatında olan cavabda ona qarşı səslənən ittihamlar doğru olsaydı, sevinərdi deyən millət vəkili bundan sonra bir-bir həmin fikirləri və onlara olan cavabını sıralayıb.

T.Kərimli ailəsinin və doğmalarının heç bir xüsusi imkana malik olmamasını deyib: "Nəslimdə ən imkanlısı da, ən vəzifəlisi də mənəm".

O hətta rəis işlədiyi deyilən bacısı oğlunun əslində "taksiçi" (taksi sürücüsü) işlədiyini bildirib.

Millət vəkili parlamentin iclaslarında səsləndirdiyi fikirlərə də aydınlıq gətirib. Bura deputatların maaşı, himn və təqvim ayları ilə bağlı fikirləri də aiddir.

O həmçinin Məlikməmməd nağılı bənzətməsinə də aydınlıq gətirib: "Məlikməmməd yerinə Herakl deyərdim?"

Daha ətraflı təqdim etdiyimiz videoda:

Şərhlər

Veteran 2022-01-20 01:14:05

Göz muncuğu.

Seçici 2022-01-19 16:34:17

Hər gün simasını dəyişənlər dövranıdır indi

Zahir 2022-01-19 13:47:49

- hafiz hacıyev, tahir kərimli , və danışanda ağızlarından dürrrr tökülən digərləri... nəsə çoxdandır fəzail ağammmalı dillənmir

Zahir 2022-01-19 10:52:05

Azərbaucan siyasi palitrasına hafiz hacıyev, tahir kərimli kimi hər danışanda ağızlarından dürrrrr tökülən möhtəşəm xÅdimlər gətirdiyi üçün əbülfəz elçibəy ruhuna bir fatihə.

Kərim 2022-01-19 09:26:58

Əgər ən ağıllısı sənsənsə......Qabaqda gedən zəncirli !

Mamed 2022-01-19 09:17:42

Siyasətçi olmaq riyakar olmaq deyil. Yalanlarının bir hissəsini dünən xural tv də yerlin də dedi. Sən ən yaxşı halda pis komik ola bilətsən

Watchman 2022-01-19 09:00:57

Ən təhlükəli adamlar sizin kimi əqidəsini kresloya satanlardır. ......

Vagif 2022-01-19 01:14:09

........

t.ədalət 2022-01-19 00:19:40

Təəssüf ki bir şirvanlı kimi Ayaz qədeşin təsirinə düşdünüz və Rusiyaya meyillilərdən oldunuz.Yadınızdadırmı,Vurğun Əyyubla Az.TV-də Mütəllibovun qayıdışını qələbə kimi efirə soxmaq istəyirdiniz.Bunun üçün Mütəllibovu devirmək üçün küçəyə çıxmış insanları ekstremist kimi göstərmək istəyirdiniz.Həmin vaxt qəribə kepkanız da başınızda idi..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol