TAĞIYEVİN ABİDƏSİNƏ ZƏRƏR VURANLAR TAPILDI - Cinayət işi açılıb + FOTOLAR/ VİDEO

Xəbər verildiyi kimi, dünən naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurublar. Zərər vuran şəxslərin kimlikləri müəyyən edilib.

Bu barədə  DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.



08:23

Xəbər verdiyimiz kimi ötən gün Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub. Lakin təəssüf ki, gecə saatlarında heykəl zədələnib.

Məsələ barədə açıqlamasında verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinə ziyan vuran şəxslər müəyyən olunub: “Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.

E.Hacıyev onu da bildirib ki, heykəlin zədələnmiş hissəsi artıq bərpa edilib.

635x100

Şərhlər

Veteran 2022-01-19 15:54:05

Geri zəkalı və ya otxod belələrinə deyirlər.Bəlkə bu işin arxasıda duranlar var.Erməni və ya yezidlər ola bilər.

TARIX 2022-01-19 15:47:20

VƏTƏNİ AZƏRBAYCANIN QARŞISINDA BÖYÜK XİDMƏTLƏRİ OLAN MİLLƏT ATASININ ABİDƏSİNƏ ZİYAN VURMAQ İNSANİ HƏRƏKƏT SAYILMAMAQLA BUNU EDƏNLƏRİN AZƏRBAYCANLIYAM DEMƏYƏ HAQQI YOXDUR.BAĞIŞLA BİZLƏRİ BÖYÜK İNSAN.ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN.

Son yazılar