KVN RƏZİLLİYİ İLƏ BAĞLI QALMAQAL BÖYÜYÜR - "Neçə gündür ki, camaat ayağa qalxıb, desinlər görək..."

"Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi" 

"O komandanı ora göndərəndə məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşmuşdu?"

Bu sözləri Azxeber.com-a açıqlamasında "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov bildirib.

O, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandasının ermənilərin təkidi ilə adını "Buta" olaraq dəyişməsindən qəzəbləndiyini, onları ora göndərən dövlət qrumu açıqlama verəndən sonra geniş açıqlama verəcəyini deyib. O, bu fikirləri bildirməklə kifayətlənib: "O komandanı ora göndərəndə KVN-çilərdən, məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşdumu? Sualları o komanadı oraya göndərən dövlət qrumuna vermək lazımdır. Mənim öz fikrim var, istəyirəm ki, bu komandanı yaradanlar, oraya göndərən açıqlama versinlər. Neçə gündür ki, camaat ayağa qalxıb. Sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib".

T.İmanov daha sonra əlavə edib: "İnandırım sizi, bunu bizim "Parni İz Baku"ya desəydilər, Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi. Ümumiyyətlə, son illər bu KVN-lər fəallaşıb. Bir komanda getdi bizi biyabır etdi, bu da ikincisi oldu. Bir dəfə olsun, məşhur KVN-çilər müraciət ediblərmi, bununla bağlı bizə xəbər ediblərmi? Etməyiblər".

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasovun hərəkəti etirazlara səbəb olub.

O, ermənilərin təkidi ilə "Şuşa" komandasının adını "Buta" olaraq dəyişməsini izah etməyə çalışıb.

“Birinci turdan sonra iclas oldu, iclasda redaktorlardan biri hansı komandaların ikinci turda iştirak edəcəyini dedi. O, bildirdi ki, “Şuşa” komandası yalnız adını dəyişdikdən sonra iştirak edə bilər” -deyən,  Azərbaycanı təmsil komandanın rəhbəri Müşfiq Abbasovun sözlərinə görə, bununla bağlı həmin redaktora Ruben (Jaqinyan) adlı şəxs deyib. 

 Bu isə, ciddi etirazlara səbəb olub.

635x100

Şərhlər

Elmira Ru 2022-01-24 11:16:59

Rusiya öz imperiyanı bərpa eləmək istəyir. Odur ki yollar axtarır. Bu bədnam KVN elə bu "bərpa" proyektlərin biridir. Ə, bəstirin də rusların düdüklərin altında oynadız

Bərdəli 2022-01-24 00:02:08

TÜRKƏ: Bilmək istəsəniz onun milliyəti kürddür.

Veteran 2022-01-23 23:59:12

Müşviq a bala sən bədənin girməyən yerə başını soxma.Elə yerlər siz bolbeslərin yeri deyil.Gedin özünüzdən səviyyəcə aşağı adamların başını qatıb pulunuzu alın.Bir iki nəfərə tuman geyindirib özünüz ağılda adamları güldürmık mədəniyyət demək deyil.Sız Azərbaycan Türkünün adına ləkə gətirməyin. Yoxsa camaat sizi daş qalaq edəcək

E.M 2022-01-23 22:01:06

Çox pis ediblər. Gərək imtina edərdilər.

İ.Mustafaoğlu 2022-01-23 20:56:00

Müşfüq başda olmaqla komandanın tərkibi yoxlanılmalıdır, çünki özünü Azərbaycanlı bilən şəxs belə hərəkətə yol verməzdi ? Komandanı göndərən şəxsin də milliyəti araşdırılmalıdır ? Belə insanları başqa dövlətdə Azərbaycanımızı təmsil etməyə etibar etmək olmaz !

Mamed 2022-01-23 20:51:49

Bəhram Bağırzadə, Cabir, və Tahir İmanovlar və KVN-nin digər uşaqları (ölənlərə Allah rəhmət etsin) çox dünyagörüşlü uşaqlardır., KVN adı ilə digərlərinin ora burun soxmasının belə nəticələnməsi gözlənilən haldır

Turqut 2022-01-23 20:08:14

KVN ümumiyətlə Rusiya layihəsidir.Türk mentalitetinə heç aidiyyəti yoxudur.Biz türklərin yumoru ilə onlrinki fərqlidir.Odur bu KVN məsləsinini ümumiyyətlə yiğishdirmaq lazimdir.Turkiyə TV-lərində olan layihələri götürmək lazimdir

Eli 2022-01-23 20:02:36

“Buta” ne vaxtdsn Azerbaycan adlı dövleti temsil etmek mesulüyyetini ğzerine götürüv. Kişi adını Bakılı oğlanlar qoyub .....Milliyyeti qeyri müeyyen olankar Heyatınızda Heç olmasa bir gün Kişi olun.Mümkündürse.

Türk 2022-01-23 19:53:57

Müşfiq Abbasovun milliyyəti araşdırılmalıdır. Türk, müsəlman olan şəxs heç vaxt belə ....əmələ imza atmazdı. Sinirlərimizlə oynayan ...... Bundan heç kimin şübhəsi olmasın!

Son yazılar