"TAMAM BİQEYRƏTLİK SAYIRAM" - KVN biabırçılığı Rasim Balayevi özündən çıxartdı

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər. Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları “Bu şəhərdə” komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırıb.

Baş vermiş hadisə ilə bağlı Cebhe.info-ya Xalq artisti Rasim Balayev danışıb:

“Təəssüf ki, belə olub. Bizim elə oğullarımız olub ki, silahla “Qarabağ Ermənistandır” deməyə məcbur etmək istəyiblər. O da demədiyinə görə ermənilər onu güllələyiblər. Elə oğullardan sonra elə ac insanların bu cür hərəkəti xəcalətdir. Hətta belə bir bəhanə var ki, klubun adını dəyişdirsələr, ikinci tura keçid edəcəklər. Əşi, turu neynirəm, de ki, mənim adım “Şuşa”dır! Qəbul edirsən et, etmirsən etmə, çıx gəl. Mən bunu tamam biqeyrətlik sayıram”.

Aktyor bildirib ki, nə olur olsun, bu həqiqəti dəyişmək olmaz: “KVN orada olub nə edəcəkdi ki?!Əsas odur ki, biz Qarabağı, Şuşanı almışıq. Guya KVN yarışmada olmayanda biz batdıq?! Yox! Əsas budur. Vaxtilə lazımı yer qazanıblar da. İndi nə edəcəklər?

635x100

Şərhlər

Bərdəli 2022-01-26 01:45:22

Bu Müşviq deyilən gədə özünün türk düşməni olduğunu bir daha sübüt etdi.Onların biabırçı tamaşaları əxlaqa zidd,Azərbaycan türkünə təhqirdir.Belələrinə deyilir ANTİMİLLİ ÜNSÜR.

Türk 2022-01-25 11:14:03

Onlar zəng vurub Bakı ilə məsləhətləşib bu alçaqlığı ediblər?

t.ədalət 2022-01-24 20:58:31

Bu məsələnin arxasında, kimsə dayanır.Yoxsa,bu boyda əclaflıq olar?

RR 2022-01-24 17:50:28

Vetene xeyanet !!!!! Cinayet ishi acilmalidi !!!! Bele bir qanun var ,, yoxsa yox ? ay prokuratura ,,,)

TT 2022-01-24 17:41:47

Prokurorluq hardadi? yatib fil qulaqinda?PA hara baxir? Bu s..... cinayet ishi acilmalidi !!!! e qelet edib bu....r? Niye yatmisiz lazimi qurumlar, Millete sôyûshdiye bu hereket, niye catmir size?

Eli 2022-01-24 16:37:05

Dehşete bax milletin adından bele vacib ve heyatı meselelerde iki üç mütrüb danışur özü de bele şerefsizcesine.Bunları ölkeden qovmaq lazımdır.

Muellim 2022-01-24 16:36:49

Duz danishirsiniz, Sizinle tam raziyam. Bu səviyəsiz hərəkətdir....

Eli 2022-01-24 16:26:42

Bunları bu hereketine adam söz tapa bilmir.Biqeyretlik yaxşı sözdür bunlar eqidesiz mövqesşz vetensiz ermenilerdir.Ermeni bunlardan yaxşıdur ki birçox hallarda bir sifetleri olur bunların min sifeti var.

TT 2022-01-24 16:19:13

onlar ......, dilardaaaa , Rasim bey ))

Son yazılar