TƏHSİLDƏ DAHA BİR RÜŞVƏT QALMAQALI - Məktəb direktorunun səs yazısı yayıldı + VİDEO

Azərbaycanda məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb. Söhbət Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovadan gedir.

Səs yazısına əsasən, direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.

V. Məmmədova isə imkanı olmadığını deyərək pulu verə bilməyəcəyini bildirir.

Bundan sonra, direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.

Şikayətçi müəllim Vüsalə Məmmədova Lent.az-a açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib. 

O, bildirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimlərdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edir.

Şikayətçi məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.

İddiaya münasibət bildirmək üçün məktəb direktoru Mətanət Məmmədova ilə əlaqə saxlamaq mümkün olmayıb.

Təhsil Nazirliyi isə bu səs yazısı ilə bağlı araşdırma başladıb: "Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək".

635x100

Şərhlər

İsmayıl xələfov. 2022-01-27 16:33:25

Direktoru işdən azad edəcəklər, iş bağlanacaq. Cinayətə beləcə xitam veriləcək.

Samir 2022-01-27 16:12:26

Bu milli təhsilimizin durumunun bariz nümunəsidir. Biri az biri çox, bütün məktəblərdə vəziyyət bax belədir. Yeni nazir gəldi dedik nəsə düzələr. Amma cəmi bir- iki aydan sonra vəziyyət əvvəlkindən betər oldu. Direktorları sanki reketlərin içərisindən seçib yerləşdirirlər. Hamısı arxalı adamlardır və heç kimdən çəkinmədən, qorxmadan təhsildə bazar açırlar. Yeni nazirlər lap biabırçı oldular ..

Samir 2022-01-27 16:08:04

Bu milli təhsilimizin durumunun bariz nümunəsidir. Biri az biri çox, bütün məktəblərdə vəziyyət bax belədir. Yeni nazir gəldi de

Əzrail 2022-01-27 15:58:23

Bax təhsil gör ne gündedir.

GƏNCƏ 2022-01-27 15:48:07

Vay-vay bunun sir-sifətindən cin-siətin yağır.

Son yazılar