Şor pendir qiymətinə, pendir ət qiymətinə... - Kasıb nə yesin? - FOTOLAR

Ucqar kənd evinə gələn qonağın, gedən zaman səhər-axşam yeyilən şora işarə edib, “mən gedirəm, amma bu ağ şey nədirsə, sizi qıracaq” məsəlini danışıb, qəhqəhə çəkənlərə fikir verməyin. Tamamilə əksinə, bizi qıran yox, bizi saxlayan qidalardandır şor. Müasir tibbin belə məsləhət gördüyü, sümüklərin və insan skeletinin formalaşmasında əvəzsiz nemət olub şor. Ona görə “olub” deyirik ki, əvvəllər imkansız kütlənin əli çatan bu nemətin son vaxtlar qiyməti ceyran belinə qalxıb, özü isə “delikateslər” siyahısında qərar tutub. Hələ onu da deyək ki, söhbət dədə-baba üsulu ilə hazırlanmış təbii şordan yox, quru süddən hazırlanan, min bir kimyəvi qatqı ilə ortaya çıxan şordan gedir.

Beləcə indi şor pendir qiymətinə, pendir ət qiymətinə, çörək şor qiymətinə olub...

Bəs kasıb səhər nə yesin?

Qədimdən şor çörək kasıbların səhər yeməyi olub.Süfrəsində heç nəyi olmasa da, bir ailənin şoru mütləq olardı. Uzağı 2 il əvvəl bir kilosu 2-3 manata olan şor, 6-7 manata qalxıbsa, əlbəttə yanındakı pendir də bahalaşacaq. Ötən il qiyməti 5-6-7 manata olan pendirlər indi marketlərdə 9-18 manatadır.

Rayonlarda, kəndlərdə insanlar həyətlərindən 1-2 manata satdığı tər-təmiz şor şəhərə gəlib çıxan yolları süni sürətdə bağlanır, əvəzində pendir sexlərinin quru süddən hazırladığı adi şor marketlər şəbəkələrindən keçib süfrəmizin başına oturur. Özü də od qiymətinə...

Bu şorun maya dəyəri neçə manata qalxıb ki, satış qiyməti ceyran belinə çıxıb?

Görəsən, istənilən artıma iqtisadi terminləri köməyə çağırıb don geydirən iqtisadi-ekspertlər şorun 6-7 manat olmasını necə şərh edir?

Kiçik bir hesablama aparsaq görərik ki, 5 nəfərdən ibarət bir ailə hər səhər 500 qram şor istehlak edərsə, bu bir ay ərzində 14-15 kq şor edir.

Bəs sizin, bir ayda şora verməyə 70-80 manat pulunuz varmı? (medicina.az)

635x100

Şərhlər

Ali 2022-01-28 23:47:06

1 litr süddən neçə qram şor almaq mümükün olması sualına doğru cavab verənə BEŞ yazacaq əmisi.

Eli 2022-01-28 21:50:10

Üçüncü yol daha sadedir.Kasıb heç bir xrec çekmeden bundan maksimium şstifade ede biler.Elm artiq isbat edibdir ki, insan yemekdşz 40 , bezi hallarda 70 gün sc qala bilir,Bunu Hindistan yoqaları da isbat etmişdir.Susus adam 5-7 gün qala biler,kakin havasız maksimium 1,5- 2 deqiqe qala biler.Mentiq ne deyir.Mentiq deyir ki insan üçün en vacib qida HAVADIR pulsuz parasuz Tak çto kasıbın problemi hell oldu

Eli 2022-01-28 21:35:55

İkinci yol çox sadedir.Demeli dünta alimleri xüsusen Amerika alimleri insan ne qeder ac qalsa bir gğn bşr hefte ve ta bir ay o qeder ssğlam ve uzun ömrlü olar.Yeni heftede üç gün ac qalsan tam sağlam olarsan ve bahalaşmanın qarşudını bilersen.asözümün tesdiqi üçün Hezreti Mehemmefin bir hedisini göstere bikerem:”Mede bütün xesteliklerin medeni,pehriz bütün dermanların başıdır

Eli 2022-01-28 20:57:52

Qeribe adamlar var e bu ölkede nece yeni qiymetler qalxıb kasıb ne yesin.Evvela bu sual siyasi meseledir ,yeni qiymet siyasetine etirazdır , olmaz bele suallar.İkincisi bu problemin çıx sade hell yolları var.Birinci yol enenevi yoldur ki kasıb indiye kimi ne yeibse yemeyinde davam etsin,yeni ne vaxt ne tapdı tez yesin hekimlere qulaq asmadın ne rejim ne dieta boş şeylerdir.

vidadi 2022-01-28 19:51:50

istelatcilar sudun 1 litrini 30 qepiye alir

İslam 2022-01-28 19:45:25

Kim nə və hara .......... bu suallara cavab tapsalar bizim yuxarıda oturanlar hər şey düzələr

RAHİM 2022-01-28 19:10:45

HÖRMƏTLİ DİETOLOQ İVANOVKA ADI İLƏ SATILAN SÜD MƏHSULLARININ İVANOVKA KƏNDİ İLƏ ƏLAQƏSİ YOXDUR. İVANOVKADAN XALQI ALDADAN SAHİBKARLAR SÜD ALMIRLAR. SAXTA İVANOVKA ADI İLƏ KEYFİYYƏTSİZ MƏHSULLARLA BİZİ ZƏHƏRLƏYİRLƏR. BU BARƏDƏ AQTA MƏLUMAT VERMİŞDİ.

RAHİM 2022-01-28 17:30:54

İVANOVKADAN SÜD ALMAYAN SAHİBKAR NƏ ÜÇÜN SAXTA İVANOVKA MƏHSULLARI SATIR?

RAHİM 2022-01-28 17:27:58

Əziz Xalqım HƏMİŞƏ M. Ə. SABİRİ YAD EDƏK. O VAXT NECƏ İDİSƏ İNDİ DƏ ELƏDİR. KEFİ "SEÇİLƏN" deputatlar və. məmurlar ÇƏKİRLƏR.

Elman 2022-01-28 11:45:55

Hər səhər ailəvi olaraq şor yeyən "şorik" kimi deyə bilərəm ki, hər səhər 500 qr şor düz söhbət deyil. 4 nəfərlik ailə uzağı 200 qram şor istehlak edər, o da ən uzağı. Biz, yarım kiloluq şoru ayda 10 dəfə alırıq, təxminən 30-35 manat xərc aparır. Bu, belə şor üçün çox bahadır. Əslində, təbii şor olsa, 10-15 manat verməliyik (bu, belə artımlı qiymətdir, əvvəllər, şorun kilosu 1 manat idi, indi 2 manatdan yuxarıdır), ancaq, biz də quru süddən hazırlanmış geydirmə şorlardan istifadə edirik. O qədər dadlandırıcı vururlar ki, uşaqlar az qala, adamın üznü dururlar həmin şor olmayanda

Dietoloq 2022-01-28 11:42:37

Jurnalist zəhmət çəkib istehsalçilrin biri ilə anonim müsahibə götürsün.Onda görərsiniz ki pendirin.shorun maya dəyəri tək süddən ibarət deyil.Keyfiyyətli südün 1 litrini topdan nağd və ya öncədən odənish shərti ilə 1 manatdan asaği almaq mümkün deyil.Üstəgəl tədarük xərcləri.elektrik.qaz.su.yüksək kredit faizləri.müxtəlif vergi olmayan icbari ödənushlər.icrasi mümkün olmayan ekoloji.sanitar-gigiyena.qida.yanğin.texniki təhlükəsizlik tələblərinə görə fantastik cərimələr və s.Bu shəraitdə istehsalçi hələ ayaq üstə dayana bilirsə-bu bir möcüzədir.İstehsal sektorunda real xərclər təhlil olunsa onlarin 80 faizinin istehsal prosesi ilə heç bir əlaqəsi olmadiği ashkarlanacaq.Onlari aradan qaldirin və görərsiniz ki shor ikra qiymətinə yox.elə shor qiymətinə olacaq

Camaat 2022-01-28 11:16:24

Az qalıb.Hər şey düzələcək.

Son yazılar