Bir müddət əvvəl AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevlə bağlı ciddi ittihamların yer aldığı müsahibəsində AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyevin də adı çəkilirdi.
Orada iddia olunurdu ki, R. Ağasiyev Ramiz Mehdiyev tərəfindən himayə olunur və zamanında Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşərək ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət edib.
“AzPolitika.info” ilə əlaqə saxlayan Rasim Ağasiyev Elton Məmmədovun onun barəsində səsləndirdiyi fikirlərin yalan və böhtan olduğunu bildirdi: “Elton Məmmədovun mənimlə bağlı dedikləri tamamilə yalandır, Levan adlı şəxsi tanımıram və onunla heç bir əlaqəm olmayıb.”
R.Ağasiyev Ramiz Mehdiyev tərəfindən himayə olunduğuna dair iddiaları da cəfəngiyyat adlandırdı: "Əksinə, Mehdiyevlə işləməyin mümkün olmadığı üçün könüllü olaraq vəzifəmdən getmişəm".
Hələ Mehdiyev AMEA-da prezident olana qədər, 2013-2018-ci illərdə AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsində işlədiyini deyən R.Ağasiyev doktorluq işinin müdafiəsi üçün həmin vəzifədən ayrılaraq, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda "Əcnəbilərin hüquqları və miqrasiya " şöbə müdiri vəzifəsinə gedib.
Ramiz Mehdiyev AMEA prezidenti olandan sonra onu yenidən əvvəlki vəzifəsinə dəvət etsə də, Ağasiyev orada çox işləyə bilməyib: “6-7 ay işlədim və gördüm ki, bu adamla işləmək mümkün deyil. Onun ambisiyaları tamamilə başqadır. Yenidən əvvəlki işimə qayıtdım. Ancaq Mehdiyev burada da məndən əl çəkmədi.
2021-ci ilin noyabrında Ramiz Mehdiyevin göstərişi və təkidi ilə buradakı vəzifəmdən azad edildim. Bunu mənə Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə bildirdi. Həmin ərəfədə məndən başqa 20-yə yaxın əməkdaş işdən azad olundu. Hazırda işsizəm”.
“AzPolitika.info”

Şərhlər
Aytən Mustafazadəyə Rasim Aģasiyevdən çox yaxşılıq edən olmayıb. Istər Akif Əlizadənin, istərsə də Rasim Mehdiyevin prezidentliyi dövründə Aytən Mustafazafənin yarıtmaz əməllərindən şikayət edənlətin ərizələrini ört-basdır edib. Hēr zamsn bu nankor qadını qoruyub. Mustafazadə isə onu Mehdiyevə satdı...