Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə qərar çıxarıb. Bu barədə Avropa Məhkəməsinin rəsmi saytı məlumat yayıb.
Strasburq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan məhkəmələri istintaq zamanı Hacıyevin həbsdə saxlanmasının zəruriliyini əsaslandıra bilməyiblər.
Avropa İnsan Hüquqları Məhkəməsi Hacıyevin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququnun pozulması) və 3-cü (qanunsuz həbs) maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasını tanıyıb.
Strasburq məhkəməsi Cahangir Hacıyevə 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq bankın keçmiş rəhbəri külli miqdarda ziyan vurmaqla dələduzluq, mənimsəmə və israfçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda təqsirli bilinib. (virtualaz.org)


Şərhlər
Ölkəmizdə bir sıra böyük obyektlərə Cahangir Hacıyevin bacısı əminə Hacıyeva başçılıq edir. Belə ki, "Şəki-Bazar" ASC-i C.Hacıyevin bacanağı İsmayıl Hidayət-zadənnin adınadır. 2001-ci ildən onun üzünü görə bilməmişik, ancaq onun rəhbərliyini Əminə Hacıyeva başçılıq edir. İldə bir milyon manat gəliri olan obyektdən ildə Su putkasından əldə edilən gəlir qədər gəlir göstərirlər, təqribən 150-170 min manat. Bu səbəbli səhmdarlar qanuni dividentlərindən məhrum olunublar, aidiyyatı qurumlar isə göz yumurlar bu qanunsuzluqdan. Bazarın ərazisində kiçik ticarət köşkü düzəldərək sahibkarlara 10 min manata satmaqla satış yerlərini ixtisar etmişlər. Bu səbəbli kənd camaatı bazara satmaq üçün gətirdikləri məhsulu satmağa yer tapmayır, məcburiyyət qarşısında qlaraq maşın yolunun l kənarında, torpaq üstündə qoyaraq satırlar antisanitariya qaydasında... DTX xahiş edirik yolunuzu Şəki Bazar ASC -nə salın ! Bazarı hal-hazırda korrupsioner Tahir Qaffarov idarə edir