Menu

ZAKİR HƏSƏNOV GENERALIN QARDAŞINA VƏZİFƏ VERDİ - İdarə rəisi təyin etdi

21.02.2022, 20:03
ZAKİR HƏSƏNOV GENERALIN QARDAŞINA VƏZİFƏ VERDİ - İdarə rəisi təyin etdi

Müdafiə Nazirliyində yeni təyinat olub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Elnur Kazımov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, E.Kazımov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Rasim Kazımovun qardaşıdır.

Xatırladaq ki, sözügedən idarənin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov bir müddət öncə vəzifəsindən azad edilib.

Şərhlər

RR 2022-02-22 06:12:45

Dost tanish qardash ))

t.ədalət 2022-02-21 21:53:42

İndi korrupsiya daha geniş vüsət ala bilər.Nazir arxayın olmaq üçün buraya prokurorluq orqanında çalışan bir adamı təyin etdi.Güman ki,bu, satınalmalarda şişirdilmiş qiymətləri yoxlayacaq orqanı ələ keçirməyə bir cəhddir.Uğur olsun!

pensioner 2022-02-21 20:46:52

Başqa adam yox idi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol