“Heç kim rasional cavab verə bilmir ki, bu müharibə nəyə lazım idi”
Artıq Rusiyanın Ukraynaya müdaxiləsilə bağlı müxtəlif tanınmış politoloqların dəyərləndirmələri səslənməkdədir.
“AzPolitika.info” xəbər verir ki, tanınmış rusiyalı politoloq Kirill Roqov Rusiya mətbuatına açıqlamasında bu müharibənin Rusiyaya fəlakətlər gətirəcəyini deyib: “Bu əməliyyat 2 ay idi ki, hazırlanırdı. Beynəlxalq hüquq baxımından Rusiyanın hücum üçün heç bir haqqı yox idi. Hücum bəhanəsi olaraq başqa ölkənin öz ordusunu silahlandırmasını göstərmək doğru deyil. Eyni məntiqlə istənilən ölkəyə, həmçinin Rusiyaya da hücum etmək olar. Bu, Rusiya üçün fəlakətli iqtisadi nəticələr verəcək. Putinin dediyi hədəflərə nail olunmayacaq, əksinə NATO Rusiya sərhədlərinə daha da yaxınlaşacaq və Rusiya zəifləyəcək. Artıq Rusiya birjasında ticarət dayandırılıb, çünki səhmlər sürətlə ucuzlaşır. Əsas məsələ Avropanın hansı sürətlə Rusiya enerji daşıyıcılarından imtina etməsidir. Buna nail olduqdan sonra Rusiya heç vaxt olmadığı qədər zəifləyəcək. Heç kim rasional cavab verə bilmir ki, bu müharibə nəyə lazım idi? Ukrayna hərbi strukturunun məğlub edilməsi, Ukraynanın geri çəkilməsi və tutaq ki, NATO-ya müvəqqəti olaraq qoşulmaması və demilitarizasiyası ilə yekunlaşacaq. Lakin Rusiya iqtisadiyyatına dəyən zərbələrdən sonra bu nailiyyət mənasını itirəcək. Real iqtisadi problemlər başlayandan sonra Rusiya əhalisindəki siyasi patriotizm eyforiyası bitəcək və başqa hisslər baş qaldıracaq. Bu savaşdan Rusiyanın uduşu olmayacaq. Bu, insan fəlakətilə yanaşı, Rusiya üçün iqtisadi fəlakət olacaq”.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Rusiya butun besheriyyet ucun tehlukedir, ne ozu yashamir, yashayanlara da mane olur.
Allah Rusiyanı qada bəladan qorusun.
Rusiya özünü çox aqressiv aparır, bunun da səbəbi, ona qarşı dünya dövlətlərinin birlik nümayiş etdirməmələridir. Yunanıstan, ermənistan, Belarus və s. bu kimi dövlətlər ikili siyasət aparırlar ki, bəd ayaqda hansı üstün gəlsə o tərəfə yıxılacaqlar...
Allah rusiyaya sonsuz lənət eləsin və bütün zalımlara. Allah Ukraynaya kömək olsun.