“Ukrayna Ordusu düşmənin bütün planlarını pozub. İşğalçılar belə müqavimət gözləmirdilər və özləri təslim olurlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov öz sosial şəbəkə səhifəsindəki açıqlamasında bildirib. Nazir bildirib ki, Rusiya taktikasını dəyişib: “Artıq mülki obyektlər atəşə tutulur. Diversiya qrupları və desant qüvvələri fəal işləyir. Biz onları effektiv şəkildə zərərsizləşdiririk”.

Nazir əhaliyə müraciət edərək, diversantların yerini müəyyənləşdirməkdə orduya yardımçı olmalarını, həmçinin, rus hərbi texnikasını müşayiət edən yanacaq maşınlarını yandırmalarını istəyib.

“AzPolitika.info”