Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovla bağlı silsilə yazılarını davam etdirəcəyini açıqlayıb.
Ərəstun Oruclunun sosial şəbəkə üzərindən paylaşdığı açıqlamasını bildirib ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla o, həmin vəzifədə olduğu dövrdə uzun illər müharibə vəziyyətində olub: "Təbii ki, həmin şəraitdə də mən onun özünü və cinayətkar dəstəsini ifşa edirdim, quldurbaşı isə mənə qarşı müxtəlif təxribatlar, ifşalar, sui-qəsdlər hazırlayırdı.
Etiraf edim ki, Mahmudovun cinayətkar dəstəsindən narazı olan MTN əməkdaşları arasında mənə məlumatlar sızdıranlar da vardı, amma təəssüf ki, bunu anonim şəkildə etdiklərindən heç vaxt onları nə tanıya bilmədim, nə də onlara təşəkkür edə. Bu haqda hələ 2015-ci ildə ətraflı yazmışdım.
Həmin dövrdə Mahmudovun cinayətkar dəstəsi haqda ölkədə 3-4 ən məlumatlı adamdan biri də mən idim, çünki dediyim kimi məqsədli şəkildə ona dair məlumatlar toplayırdım. Bu dəstənin fəaliyyəti haqda bloqumda 2017-ci ildə yazdığım 12 yazı var, amma demək istədiyim bunlar deyil.
Mahmudovun barəsində onun xarici kəşfiyyatlara şərait yaratmasından tutmuş onun uzun illər əvvəl Moskvadakı fəaliyyətinə, işsiz olarkən Bayildakı yarımzirəmi kafelərdən birində üzr istəyirəm, "boğazını otarmağından" sonra da kafe sahibindən "mənə cavan gəlin çağırın" tələbindən nazir olarkən Ukraynadan azyaşlı fahişələr gətirilməsinə qədər hər şeyi bilirdim".
Ərəstun Oruclu daha sonra qeyd edir ki, Mövlam Şıxəliyevin məhkəməsində açıqlanan faktlardan dəhşətə gəlib: "Bu günlərdə bir sıra media vasitələri Mahmudov bandasının əsas fiqurlarından olan keçmiş MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş, qatı cinayətkar Mövlam Şıxəliyevin məhkəməsindən reportajlar dərc edir. Etiraf edim ki, onları oxuduqca hətta mən də bu bandanın haqqında məlumatlı birisi olaraq dəhşətə gəlirəm.
Eldar Mahmudov ölkədə təkcə minlərlə ailəni bədbəxt etməyib, o, Azərbaycan dövlətçiliyinə hələ miqyası bu gün də müəyyən olunmayan dərəcədə ağır zərbə vurub. Amma bütün cinayətlərinə baxmayaraq bu məxluqu bircə dəfə də normal sorğulamayıblar, halbuki bu adama 5 ömürlük həbs cəzası, asılmaq belə azdır.
Mövlam Şıxəliyevin məhkəməsində isə onun nəzarətində olmuş istintaq təcridxanasında işgəncələrdən öldürülənlar barədə nə bir ittiham, nə də bir epizod yoxdur. Həmin işgəncələrdə iştirak etmiş cinayətkar müstəntiqlərin azı ikisi isə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir."
Oruclunun fikrincə, Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ciddi kompromatlar toplayıb və elə buna görə də azadlıqda qalıb: "Əks halda quldurbaşı özünü belə rahat hiss etməzdi, onun övladları isə rahat Londonda oturub qanlı sərvətlərini idarə etməzdi".

Şərhlər
Bəzi şərhləri oxuduqca adamın ağlına "Ölülər" əsəri gəlir. Hələ də düzəlmənişik, düzəlmək fikrimiz də yoxdur.
Bilmediyimiz bir sey de bunlari bizde bilirik
Bu..... Erestun Oruclu ne vaxtdan adam olub, qaldi ki dediyi kimi guclu chekist....
Səndə imkan olsaydı sən Mahmudovdan dala qalmazdın.Elə hər ikiniz bir bezin qırağısız.Elə deyilsə ailənlə birlikdə Amerikaya hansı pullarla gedib çıxmısan. Özün kimi 2 metrə boyu olan pəsəvəng oğlanlarından da dövlətə heç bir xeyiri yoxdur. Yazdıqların qisasçılıqdqn başqa bir şey deyil. Hörmətli Prizidentimiz kimi nə vaxt həbs etməyi çox gözəl bilir. Get özüvə peşə tap.
Mahmudovun üzündən Callad tökülür. İblis sifəti var!
Ərəstun sen güya temiz adamsan.nece illerdi xaricde yaşayırsan hansı pulla.hardandı sende o qedet pul
Nə olsun/? Adressz yazı! Bəs o hakimlər kimlərdir?Qorxursan pişikdən,nə çıxırsan ...?
Analoqu olmayan qudalar ölkəsi