“Hər iki övladıma mənzil almışam. Bu o demək deyil ki, mən çamadanla pulu götürüb Nyu-Yorka apardım və mənzil aldım”.
Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən 4,5 milyon dollarlıq mənzil alınması ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, mənzil alınması ilə bağlı Nyu-York banklarından biri ilə bir il təmasda olub: “O bank vasitəsilə mən danışıqlar aparmışam. Hər bir dolların hesabatı var, bankın mənə köçürmələrə icazə verdiyinə dair evdə beş kiloqram kağız var. Mənzilləri almışam, inanmıram ki, bu, pis hərəkətdir. Böyük oğlum mənimlə burada, kiçik oğlum isə Nyu-Yorkda yaşayır. Bir ata kimi gərək mən də övladlarıma mülk alım”.
Qeyd edək ki, Elmar Məmmədyarovun dediklərindən çətinliklə də olsa o anlaşılır ki, Bakıdan bankla Nyu-Yorkdakı hansısa banka pul köçürüb. Həmin pulla da, vergisini ödəyərək iki mənzil alıb. Bu zaman ABŞ bankının pulun mənşəyi ilə bağlı suallarına da cavab verib.
Ancaq sabiq nazir yenə də Azərbaycan ictimaiyyətinə 4,5 milyon dolları hardan əldə etdiyini açıqlamağa ehtiyac duymur. "Şəxsi işimdir" deyərək ötüşdürməyə çalışır. Halbuki Elmar Məmmədyarov Nyu-Yorkda mənzilləri nazir işləyərkən aldığından xalqa bunun hesabatını verməyə BORCLUDUR!
Əgər 4,5 milyon dolların mənşəyi ilə bağlı ABŞ bankına təqdim etdiyin sənədlər saxta deyilsə, açıqla 4,5 milyonu hardan əldə etdiyini ictimaiyyət də bilsin!
Elman
"AzPolitika.info"

Şərhlər
Bu məxluq deyir ki o biri millətini atan talançı məxluqlar milyardlar atırlar bir söz deyən yox. Ancaq mən milyonlar atmışam məndən soruşursunuz
Burada təəccüblü bir şey yoxdur, bir nazirliyin ki, ər-arvad Canəhmədovalar xaricdə bilmirəm Bakıdakı varidatları saya-hesaba gəlməyə, əlbəttə nazir öz işçilərindən geri qalmayacaq. Ümumiyyətlə, əksər nazirliklərdə vəziyyət belə imiş, Vergi, Əhalinin Sosial Müdafiəsi, Müdafiə Nazirliyi, XİN, MTN, Nəqliyyat və s. və i...İcra Hakimiyyətləri???
Bu nazirin üst-başından erməni kanalizasiyasının qoxusu gəlir.Belələrindən geniş yazmağa ehtiyac yoxdur.....
Dəhşətdir...Uzun illər bir dövlətin xarici siyasətinin başında duran birisi nə danışdığının fərqində deyil. Biz də bundan Qarabağın diplomatik yolla qaytarılacagını gözləyirmiş... Nazir olduğu zamanlarda danışmadığı, və ya danışanda da heç nə başa düşülmədiyi üçün bunun belə boş kafaya malik olduğunu bilmək yəqin çətin imiş. İndi danışdıqca hər bir zibilləri ortaya çıxır. Yazıq dövlət, yazıq xalq.... Bu nazir kimi ümdə öhdəliyinin nə olduğunu anlatdı....
Sən demə E. Məmmədyarov Xİ naziri kimi " danışıqlar"aparırmış həm də uğur qazana bilirmiş.... Amma dövlətin maaşın alıb dövlətin işləri üzlə danışıqlarda, Qarabağ uğrunda yoooox, o maad və vəzifənin hesabına oglanlara mülk almaq üçün danışıqlarda uğur qazanıb... Dagıl səni a dünya... Bu heç nə danışdığını bilmir bu necə diplomat imiş...
BÜTÜN GÜNAHLAR PUTİNDƏDİR. ..
Bir atanın oğluna mülk almaq kimi bir öhdəliyi yoxdur.
DÜPBƏDÜZ !