Menu

SABİQ ŞÖBƏ MÜDİRİ İNGİLTƏRƏDƏ 3 MİLYONLUQ MÜLK ALDI - FOTOLAR

15.04.2022, 20:00
SABİQ ŞÖBƏ MÜDİRİ İNGİLTƏRƏDƏ 3 MİLYONLUQ MÜLK ALDI - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Süleymanov İngiltərədə mülk alıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

O bildirib ki, 2016-2020-ci illərdə nazirlikdə şöbə müdiri işləmiş E.Süleymanov İngiltərədə 350 illik tarixi olan binanı (hotel) 1,4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyərək alıb. Hotel onun həyat yoldaşının adına rəsmiləşdirilib.

Məlumatda həmçinin qeyd edilib ki, sabiq şöbə müdirinin Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlak şirkəti var.

Xatırladaq ki, E.Süleymanov 2013–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib.  Həmin vaxt nazir hazırda həbsdə olan Səlim Müslümov olub. 

Elnur Süleymanovun işsizlərə veriləsi pulları mənimsəyərək belə böyük varidata sahib olduğu ehtimal edilir.  

Onun özünün də mövqeyini dərc etməyə hazırıq. 

"AzPolitika.info"




Şərhlər

TT 2022-04-16 08:45:09

Malades ))) zirek olub ishinde …

Xeqani 2022-04-16 00:56:07

Bu məmləkətdə hansı daşı qaldırırsan altından oğru və oğraş çıxır

İ.Mustafaoğlu 2022-04-15 23:49:37

Ümumiyyətlə Nazirliklərdə və komitələrdə maliyə pozğunluğu hökm sürməkdə davam edir.. Belə ki, vətəndaşların müraciətlərinə heç yerdə baxılmır, baxılseydi dövlət əmlakını talan edə bilməzdilər. Məcburiyyət qarşısında qalaraq PA və NK yazırsan orda da baxılmır, etika xatirinədə olsa cavabda vermirlər ? Ona görədə ölkəmizdə kiçik padşahlar özləri üçün var-dövlət yığırlar, sosial narazılıqları yaradanlarda yerində olmayan məmurlardı.

musa 2022-04-15 20:43:07

bu hələ şöbə müdiridir .gör o biriləri nə edib

Türk Turan 2022-04-15 20:34:45

Bəli, Elnur Süleymanovun işsizlərə veriləsi pulları mənimsəyərək belə böyük varidata sahib olduğu dəqiqdir. Bəli mənim kimi yüzlərlə, minlərlə vətəndaşın haqqını yeyərək bu haram var-dövləti əldə ediblər. Qan qussunlar. Allah lənət eləsin.

Buzovnali 2022-04-15 19:03:37

Bunlari necə xalqin bashina oyun açıb? !

Vətəndaş 2022-04-15 17:16:29

TALANÇI QULDURLAR ÖLKƏMİZİ ÇAPIB TALAYIBLAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol