“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.
"AzPolitika" xəbər verir ki, bunu "Gununsesi.info"ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.
O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:
“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.
Qeyd edək ki, Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir.
***
Bakıda motosikletçini döyən şəxsin kim olduğu məlum olub.
"AzPolitika" xəbər verir ki, həmin sürücü 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur.
T.Dadaşov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviridir.
O, həmçinin "ARPİA" MƏNZİL TİKİNTİ KOOPERATİVİ" adlı tikinti şirkətinin də sahibidir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.
***
Paytaxtda “Lexus” markalı avtomobilin sürücüsü motosikletçini döyüb.
Hadisə Mətbuat dairəsində baş verib.
Motosiklet sürücüsü ona yol verməyən “Lexus” sahibinə ani reaksiya verib. Avtomobildən düşən şəxs motosiklet sürücüsünü təhqir edərək onu döyüb.
Həmin görüntüləri təqdim edirik:

Şərhlər
Heç bir halda dava etmək olmaz səmimi olmaq lazımdır.
Quduzlaşmanın son həddi budur.Nə etməli?Quduzluq iynəsi virmaqla vəzifədən atıb,əlindəkilərin hamısıənı almaq və qoduqluğa salmaq,Özudə uzun müddətə. Onda ağlı başına gələr.
Ele president butun gunu deyir ki gudurmasin vezifedekiler. Amma ele Oz etrafindakilardi guduranlar
Prezidentimiz deyir memur xalqa xidmet etmelidir bele xidmet edirlerde.Kasib corek puluna gore cixir memurda lexusla gelib doyur kasibi .Belesi ermeniden hec bir ferqi yoxdur .Xalqa el qaldirani elini kesmek lazimdir.Qoy o birilere de ders olsun.Cenab Ilham Eliyev memur ozbasniligina son qoysun.
Haqq qazadırmıram Lexus sürücüsünə, amma motosikl sürən də yol hərəkatını pozur, davaya təhrik edir
DƏRƏBƏYLİKDİR! CƏZASIZLIQDIR! DƏHŞƏTDİR!. ÖLKƏDƏ YAŞAMAĞI MÜMKÜNSÜZ EDİBLƏR BU FEODALLAR! TƏDBİR GÖRÜN!
Çox güman ki, işin içində bir iş var. Ola bilər ki, prezidenti və onun ətrafını gözdən salmaq niyyətindədirlər. Ən doğrusunu Allah bilir.
Belə deyim var eşşəkdən düşüb ata minmək.Bu naxırçının bəxti deyəsən tez açılıb.Eşşəkdən düşən kimi leksusa minib.Az qalıb .İnşallan bunları yenidən eşşəyə mindirərlər.
O saat bilinirki MALABAXAN olub.
"LEXUS GX460" markalı, 10VX707 dövlət nişanlı bu avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşov adlı şəxsdir. 2 il əvvəl İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviridir.
Belə cinayətləri,adətən kürd kökənli vəzifəlilər edirlər.
BU FEODAL VƏ RƏİYYƏT MÜNASİBƏTLƏRİDİR.