“Ya Ukraynada qalib gələcəyik, ya da üçüncü Dünya Müharibəsi başlayacaq. Putin məğlubiyyəti etiraf etməkdənsə, nüvə müharibəsi başlatmağa üstünlük verəcək”.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiyanın “Russia Today” kanalının baş redaktoru, erməni əsilli jurnalsit Marqarita Simonyan “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla Bazar axşamı” verilişində deyib: “Ölkəmizi və liderimizi tanıyırıqsa, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı olduqca yüksəkdir. Açığı bu məni qorxudur. Amma bu belədir. Onsuzda hamımız bir gün öləcəyik.Bununla belə, Qərb öləcək, amma biz cənnətə gedəcəyik”.
Qeyd edək ki, Maraqarita Simonyan daha sonra özünün şəxsi “Telegram” hesabından verdiyi açıqlamada, İngiltərənin Ukraynanın Rusiya torpaqlarına hücumlarına verdiyi dəstəyi tənqid edib: “Bizə hansı seçimi buraxırsınız, axmaqlar? Ukraynada sağ qalanların da tamamilə yox olmasını? Yoxsa, nüvə müharibəsini?”.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ötən gün nüvə müharibəsi ehtimalının real təhlükə olduğunu bildirmişdi.
“AzPolitika.info”


Şərhlər
Qelet eleceysen. cennete gedecekmis donuz yigini.
Bunu ancaq ermənilər, yarımermənilər, milliyyəti bilinməyən insanabənzər simonyanlar, keosayanlar, solovyov, norkin, skabeyeva, şeynin, lavrov, şoyqu, gorbagor jirinovski və buna bənzərlər deyərlər. Yavlinski və digər ziyalılar belə söz deməzlər. Rusiya hazırda bizə qarşı aqressivdir və "ermənini bizim üstümüzə" fısqırdır....
Bu simonyandı kimdi bilmirəm düşüb ortalığa erməni kimdirki dediyidə nə ola ama rusiya bu savaşda qalib gələcək
bunlar ermənidirlər--nə ruslara nədə ukraynalılara ürəkləri yanmır ha--bəs oboyda rus xalqının nümayəndələrini qoyub qeyri millətləri iş başına keçirənlər bilməliidilər ki bunun axırı necə olaca--məhv olan ruslardı simonyanın nə vecinədir ki-rus dövləti olmasa onlar nə itirəcək--öz qədim peşələrinə arxayındılar