Səlim Müslümovun səhhətində problem yarandı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.

APA-nın əldə etdiyi xəbərə görə, ilkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Rasim Quliyev 2022-05-21 18:14:25

Ogurladiginiz pullar xalqin can ve qan puli caninizdan cixir.Sizin kimi masenik Nazirliyi Azerbaycan torpagi gormeyib.Rahat yediniz Size her Allah rehmet I dushmur.Ahil insanlarin pulunu ogurla rahat yat.Obiri dunyada qir qazani hazirdir.Rahat yatarsiz lenet Size

Roma 2022-05-21 16:27:03

Adamsan da incidərlər adamı, O dünyadan haraylama atanı. Canım, gözüm ömür elə budu bu, Çarpışmağa meydan budur, cığır bu... Əjdər Ol... Səlim Müslümov bu şeiri rayonların birində görüşdə səsləndirmişdi gülə-gülə...Əjdər də böyründə Nazirliyin aparat rəhbəri kimi və eləcədə şerin müəllifi kimi fərəhlənirdi...

Sabir 2022-05-21 15:54:03

Allah şəfa verməsin

Son yazılar