Menu

"MƏNƏ QARA YAXMAYIN, YOXSA ÖZÜMÜ ÖLDÜRƏRƏM..." - AMEA Rəyasət Heyətinin iclasında nələr baş verir?

03.06.2022, 20:00
"MƏNƏ QARA YAXMAYIN, YOXSA ÖZÜMÜ ÖLDÜRƏRƏM..." - AMEA Rəyasət Heyətinin iclasında nələr baş verir?

"AMEA rəhbərliyi ilə görüşə bilmirəm. Necə olur ki, Hüquq şöbəsinin müdiri geniş ictimaiyyətə açıqlama verərək, Vaqif Abbasova cinayət işi açıldığını deyir və bundan AMEA prezidentinin xəbəri olmur".

Bunu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov akademiyanın Rəyasət Heyətinin xüsusi iclasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi institutun 552 əməkdaşı var və 11 ildə quruma 48 milyon pul ayrılıb: "Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər. Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun".

V.Abbasov söyləyib ki, guya üç il əvvəl başqa bir institut üçün cihaz alınıb və Neft-Kimya Prosesləri İnstitutuna təqdim olunub: "2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutuna bir dənə də unikal cihaz alınmayıb. Mən institut üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm. AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynov olub, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".

Sonda baş direktor təkliflə çıxış edib: "İnstitut direktorlarının Rəyasət Heyətinin iclaslarında iştirakı təmin edilsin. Rəyasət Heyətində iclas qapalı olmamlıdır".

Şərhlər

millət 2022-06-06 19:27:14

Dövlətin illərlə elmi tədqiqatlar üçün ayırdığı pulları açıq-aşkar mənumsəyən, əməıkdaşlara qan udduran Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən qalıb, Kamal gör kimi- hörmətli akademiki məhkəməyə verir. Rami Mehdiyevin sağ əli olan adı bəzi cinayətlərdə hallanan Kamal Əliyev AMEA-da üzünə rahat yer tapıb.

xamis 2022-06-04 14:18:49

Axı Ramiz Mehdiyevin özü ilə AMEA-ya gətirdiyi hüquq şöbəsinə müdir qoyduğu Kamal Əliyev kimdir ki, hörmətli akademiki məhkəməyə verir.Sifarişdir. Kamalın özünü məhkəməyə vermək lazımdır. AMEA-nın 5-ci kolonunu göstərişlə idarə edir. Mehdiyev getdi, Kamal isə qaləb at oynadır! Xeyir ola?!

Roma 2022-06-04 13:53:40

AMEA-nın 90%-i ixtisar olsa, məncə yaxşı olar...Dövlət, Millət bundan heç nə itirməz...əksinə qazanar, belə ki, ixtisar hesabına qalan vəsait büdcədə qalar...İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyilən birisi orada at oynadır...onun özü test olunmalıdır, tutduğu vəzifəyə və daşıdığı elmi dərəcəyə layiqdir ya yox, yəqin ki, o ən çox rusca danışır və çox firavan həyat sürür, hansıki Millət, Xalq, Dövlət üçün ancaq ziyanvericiliklə məşquldur...

alimlər 2022-06-04 09:36:48

Hüquq şöbəsinin müdiri Ramiz Megdiyevin gətirdiyi keçmiş hərbi hakim Kamal Əliyevin hünəri çatarsa getsin Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadəni yoxlasın. Onun haqqında əməkdaşların göndərdikləri şikayət ərizələrini araşdırsın.

Eldar 2022-06-04 09:09:20

Üstünə çox getməyin. Heydər Hüseynovun ruhundan eynidir. İntihar etsə tarix cilalayib bir milli qəhrəman yaradacaq.

Tahir 2022-06-03 22:33:13

Vuran ogul dəfəsində güvənməsi. Sən nə hər mənada Heydər Hüseynovun ............Amma qalan məsələlər sənlik deyil. Səni araşdırmaya başlayıblar deyə ətrafına "xox" gəlir, blef tapırsan... Sonun gəlib...

dadaşyev 2022-06-03 22:26:15

Siz akademiklər elmlər akademiyasında elmdən danımaqdansa nələri qoyub nələrdən danışırsınız.Heç utanırsınız,heç qızarırsınız?O boyda Texnofest oldu,Akademiya adına nəsə dünyaya səs salmış bir icaddan,bir yenilikdən danışa bildinizmi?Ancaq bir-birinizlə didişməyi eşidir millət.Elə bil bir sürü Cəhrə arvad yığılıb Akademiyaya,o bundan danışır,bu ondan.Bəsdirin dəə.Yorulmadınız?

oxucu 2022-06-03 19:24:13

90-cı illərdə bu institutun SKB-sində bir dəstə işbaz salyarka sexi qurmuşdular. Gecəıər neft kəmərlərini deşib, xam neft oğurlayıb, bu sexlərə verirdilər. Bu sexlərdə neftin mazutunu çıxarıb, naxçıvan vasitəsi ilə Türkiyəyə ötürürdülər. Bu sexlərdən biri Vaqif, Şirin və Mütəllim Abbasovların idi.

Qalib 2022-06-03 17:53:12

36 əmək haqqıdırsa, onun 22 % -i 7.9 mln - icbari sosial sığorta ayırmaları olmalıdır. Qalanı da kommunal xidmətlər. Nə istəyirsiz bu kişidən?

Qoca Molla 2022-06-03 14:59:29

48 dən 36 cixanda 12 milyon pul edir. 12 milyon manatliq Azerbaycan elminə hansi tohveni, ixtirani bexsh etmish erseye getirmisiz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol