Menu

"Əbülfəz Elçibəyin məzarını birgə ziyarət edək!" - Milli Hərəkatçılar Birliyi partiyalara müraciət etdi

15.06.2022, 17:47
"Əbülfəz Elçibəyin məzarını birgə ziyarət edək!" - Milli Hərəkatçılar Birliyi partiyalara müraciət etdi

"24 iyunda böyük liderimiz Əbülfəz Elçibəyin məzarının birlikdə, eyni saatda ortaq bir çələnglə ziyarət edilməsi milli qüvvələrin birliyi və əməkdaşlığı yolunda önəmli bir addım olar".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Milli Hərəkatçılar Birliyinin (MHB) ictimaiyyətə müraciətində bildirilir.

"Vətəni, milləti sevən, xalqımızın problemlərinə çözüm tapmaq istəyən bütün qüvvələri – ictimai və siyasi təşkilatları – həmrəylik göstərərək bu addımı atmağa çağırırıq", - sənəddə qeyd olunur.

Müraciətdə o da bildirilir ki, Kələkidə hər il ənənəvi olaraq keçirilən doğum günü tədbiri bu il 24 iyun günü saat 11.30-da MHB təşkilatçılığında keçiriləcək.

"Həm Fəxri Xiyabandakı ziyarətçilərlə, həm də xarici ölkələrdəki təmsilçilərlə bağlantı qurmaq, Kələkidəki tədbir iştirakçılarına müraciət etmək imkanı olacaq. Kələkidəki tədbirə eyni zamanda, demək olar ki, bütün siyasi partiyaların Naxçıvandakı şöbələri qatılır. Siyasi partiyalarımızın Bakıdakı mərkəzlərinin də eyni davranışı sərgiləmələri fövqəladə müsbət bir addım olardı. Bunun üçün heç bir şərt, tələb ortaya qoymadan, sadəcə və sadəcə böyük liderimizin ruhunu şad etmək üçün 24 iyun günü saat 12.00-da bir araya gələk, onun məzarını birgə ziyarət edək", - MHB bildir.

"AzPolitika.info"

Şərhlər

GƏNCƏ 2022-06-17 10:37:53

Alqışlayırıq.

Oxucu. 2022-06-15 20:37:43

Bax buna varam,Allah Elçibəyi rəhmət etsin,ruhu şad olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol