"ZƏNGƏZUR MÜNAQİŞƏSİ REAL ŞƏKİL ALACAQ" - "Əliyev mədəni şəkildə dedi ki, boş-boş danışmayın"

"Vaşinqton əvvəlki kimi ATƏT-in Minsk qrupu həmsədrliyi prosesinə sadiqdir".

"AzPolitika.info" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid "Azadlıq" radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib.

Ötən həftə Cənubi Qafqazda səfərdə olmuş Donfrid qeyd edib ki, Birləşmiş Ştatlar Minsk qrupu həmsədrliyinə dəstək barədə danışmağa davam edirlər: “ABŞ Dağlıq Qarabağ məsələsində vacib rol oynayan Minsk qrupu həmsədrlərindən biridir. Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik".

Dövlət katibinin köməkçisi Vaşinqtonun Ukraynaya qarşı müharibə fonunda Minsk qrupunda həmsədrlik formatını dayandırması fikrilə razılaşmayıb. Bunun Rusiya ilə əməkdaşlıq ifadə etməsinə gəlincə, amerikalı diplomat buna müsbət cavab verib: “Bəli. Rusiya Minsk qrupunun həmsədridir. Ona görə də, bəli. Fransa, ABŞ və Rusiya bu formatda işi davam etdirə bilərdilər”.

Minsk qrupunun rolunun bitməsinə dair Azərbaycanın bəyanatlarına gəlincə, Donfrid bu mövzunun ötən həftə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə qaldırıldığını bildirib: “Azərbaycan Minsk qrupunun həmsədrliyini dəstəkləmir. Birləşmiş Ştatlar dəstəkləyir, bu prosesdə iştirak edir və bunu davam etdirəcək... Mənim Azərbaycan prezidenti ilə söhbətimdə xeyli mövzudan danışdıq, ATƏT-in Minsk qrupunun həmsədrliyinə də toxunduq”.

Politoloq Fərhad Məmmədov xanım Dornfridin fikirlərini şərh edərkən deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Forumda Dövlət Departamentinin nümayəndəsinə cavab verdi: ""ABŞ Dövlət katibinin köməkçisi xanım Dornfrid deyir ki, o Azərbaycan Prezidenti ilə görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası mövzusunu qaldırıb. Azərbaycan Prezidenti İlham Əliyev isə Qlobal Forumda ATƏT-in Minsk Qrupu mövzusunda keçirilən paneldə Dövlət Departamentinin nümayəndəsinə xitabən dedi: “Sağ olun, əlvida yox, sadəcə sağolun”. Yəni mədəni şəkildə açıqlandı ki, boş-boş danışmayın".

Onun sözlərinə görə, xanım Donfridin dediklərindən belə çıxır ki, Qarabağda qalan azsaylı erməni əhalisi naminə ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır: "ATƏT-in Minsk qrupunun bütün mahiyyəti bundan ibarət idi. Bütün səviyyələrdə erməni mərkəzli yanaşma!Azərbaycan bu sxemi pozur, çünki bizim iştirakımız olmadan ATƏT-in Minsk qrupunun fəaliyyəti baş tutmayacaq. Bundan sonra yalnız ATƏT-in büdcəsində bu parazitin maliyyələşdirilməsinə veto qoymaq və cənab Kaspşiki layiqincə istirahətə göndərmək qalır!"

Politoloq əlavə edir ki, Rusiya ABŞ-ın ATƏT-in Minsk Qrupunu bərpa etmək vədini həvəslə qəbul edəcək: "Məhz ona görə Dmitri Medvedevin "ABŞ-ın hələ də sürünüb əməkdaşlıq istəyəcəyi" barədə tviti ağılsızlıq deyildi və xanım Dornfrid də məhz belə bir yanaşma nümayiş etdirir. Beləliklə, Ermənistanda ümid yaradırlar, qərbyönlü cinahı gücləndirirlər. Bu arada Azərbaycan ictimai rəyində belə bir fikir inkişaf edir ki, 25 ildir ki, bizim fikrimiz nəzərə alınmırsa, deməli, biz də bu reallığı nəzərə almağa məcburuq. Bu kontekstdə Zəngəzur münaqişəsi real şəkil alacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

Qarabağ Azərbaycanın ürəyidir 2022-06-21 16:40:01

Rusiya və erməni silahlıları Qarabağdan çıxmalıdır

Qafar 2022-06-21 14:04:30

Onu danişdiran Baydenin komandasinda ola iki erməni əsilli koməkciləridir

Son yazılar