"BELƏ BİR TƏYİNAT TƏHSİLƏ QƏSDDİR" - Deputat intihar edən məktəb direktorundan danışdı

Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinin səbəbləri haqda sensasion iddiaslar yayılıb. "Demokratik.az" saytının yaydığı məlumata görə, hazırda reanimasiyada olan direktorun intihar cəhdinə səbəb Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev olub.

"İdarə müdiri direktordan öz vəzifəsindən istefa verməyi tələb edib və onun yerinə həmin məktəbin təşkilatçı müavin Nüşabə Məmmədovanı təyin etdirmək istəyib. Qarayeva da intihara cəhdlə RTŞ müdrinin qərarına qarşı çıxaraq direktorluq postunu qorumağa çalışıb", - deyə yazıda qeyd olunub.

Saytın yazdığı digər məlumata görə, direktorluğa yeni namizəd Məmmədova hazırda Gəncə şəhər İicra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini Azər İbrahimovun qaynanasıdır. Azər İbrahimovla da Anar Qədimalıyevlə qohumluq münasibətləri var.

Hadisə ilə bağlı “Yeni Sabah”a açıqlamasında millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev deyib ki, o baş vermiş hadisə və sözügedən iddia ilə tanışdır: “Bir məsələni qeyd edim ki, Gəncə Regional Təhsil İdarəsinin müdiri əvvəlcə, Gəncə şəhər Təhsil İdarəsinə müdir təyin olunanda xeyli sayda əməkdar müəllimləri, qabaqcıl məktəb direktorlarını sıxışdırıb vəzifədən azad etdi və müəyyən maddi maraqlar əsasında təyinatlar həyata keçirdi.

Bəlkə də bu şəxsdən yüzlərlə şikayətlər daxil olur. Prezident Administrasiyasına, başqa təşkilatlara və s. Lakin heç kim tədbir görmür. Bu, Anar Qədimalıyev ixtisasca aqronomdur, Aqrar Universiteti bitirib. Sonra "Soros" Fondunun xətti ilə ABŞ-da 2 illik kurs keçib. O qədər şikayətlərin qarşısında bu şəxsi böyüdub regional idarənin rəisi elədilər. O, bütün məktəb direktorlarına qan uddurur".

Millət vəkili bildirir ki, Gəncədən həyəcanlı siqnallar daxil olur.

"Hətta bir məktəb direktorunun üstünə hücum da çəkib və onu hədələyib ki, buraya mən başqa təyinat verəcəyəm, əgər getməsən, Əmək Məcəlləsindəki 70-C bəndi ilə səni işdən azad edəcəyəm. Bu adam açıq şəkildə deyir ki, nazir mənim dostumdur və heç kim mənə heç nə edə bilməz. İndiki şəraitdə böyük bir rayonları özündə birləşdirən idarəyə ixtisasca aqronom olan bir şəxsin təyinatı düşünürəm ki, həmin regionda təhsilə edilən qəsddir", - E.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Anar Qədimalıyevin o əməkdar müəllimləri, qabaqcıl təhsil işçilərini necə incitdiyi, hətta onlara qarşı qaba rəftarı barədə dəfələrlə yazıb: "Sonuncu intihar hadisəsindən sonra düşünürəm ki, normal bir şəraitdə fəaliyyət göstərən məktəb direktorunun bu cür kritik druma gətirən səbəb nədir? Mətbuatda gedənlərə və mənə verilən məlumatlara inanaraq deyirəm ki, burada səbəbkar məktəbə yaraşmayan, ixtisası, ümumiyyətlə, buna yaxın gəlməyən bir şəxsin regional idarəyə rəis təyin olunmasıdır”.

"AzPolitika.info"

635x100

Şərhlər

Camaat 2022-06-24 12:00:41

Təfsilatına varmadan birtərəfli qaydada mühakimə etmək olmaz.Bəzi məktəb direktorları.müavinlər müəllimlər min hoqqadan çıxırlar.

TARIX 2022-06-24 11:21:48

Zotexnik hara təhsil idarəsi hara.Cox ağlamalı vəziyyətdir.

Mübariz 2022-06-24 11:10:42

Nə olsun aqronumdur. Iki il ABŞ-da təhsil almaq bəs edir ki, "müəkəmməl" kadr olasan.

Aydın 2022-06-24 03:54:37

Yazılan rəylər ciddinarahatlıq olduğuna dəlalət edir.Bu probırmərə biganə qalınmamalıdır.Biganəlik bu hala gətirib....

dadaşyev 2022-06-24 03:35:32

Ümumiyyətlə,respublikada nə qədər Sorosçu varsa hamısını ağına-bozuna baxmadan işdən atmaq lazımdı.Fəhlə olsa da,zibildaşıyan olsa da acımaq lazım deyil.Çünki bunlara Soros kurslarında,üstəlik də ABŞ-da,”feto”çuların böyründə dövlətçiliyimizə qarşı hansı gizli təlimatların verildiyini biləmmərik.Uşaqların təhsili hər bir dövlətin ən incə,ən həssas məsələsidir,Soros hər bir cəmiyyəti haradan vurmaq lazım olduğunu gözəl bilir,yoxsa ölkədə bunca savadlı,zəkalı müəllim ordusu var ikən “Kəndimizə gələn aqronom oğlan” Gəncə boyda ikinci böyük şəhərin təhsil şöbəsinə rəis kimi dürtdürülməzdi.Pensiyalarını Fransaya,İsveçə,Norveçə-filana “çevirtdirərək” oralardan şübhəli “pensiyalar” alanlar nə yuvanın quşudursa bu tip aqronomcuqlar da elədir. Bütün bank hesablarını bittə-bittə yioxlamaq lazımdı Sorosçuların.Kim haradan nə göndərir,niyə göndərir,hamısı diqqətində olmalıdı xüsusi qurumların.

t.ədalət 2022-06-24 03:29:42

Regional təhsil idarəsinə aqronomu rəhbər təyin etmək nə deməkdir?.............

Amon 2022-06-24 01:05:25

Qohumbazliq tanisliq yigisdirilir ancaq cox asagi tebeqede yuksek vezife tutanlar arasinda her sey yerindedi evvelki kimi.meselen ceyhun bayramov xarici isler naziri qardasi azer bayramov maliyye nazirinin muavini ne derecede duzgundu bu addim

Rahib 2022-06-23 23:00:52

İqtisadiyyatımızı bazar prinsipləri üzərində qurmaq istədik, anarxiya alındı. Amma təhsilimizi bazara çevirər bildik. Avropa təhsilli təhsil nazirimiz məktəbdə pul yığımına rəvac verəndə onun necə "uğurlu bir kadr" olaraq təhsilimizin anasını ağladacağını bilməmək debillik olardı... Təhsil bazarı böyük bazardır... Direktorlara baxın....

Türk Turan 2022-06-23 21:21:31

Allah zalımların belini qırsın.

afiq 2022-06-23 20:53:29

belə adamları təhsilin başına gətirənlər dövləti cinayət törətmiş hesab olunmalıdır,xalq vurulan bu zərbələrin əks sədası tezliklə bizə böyük problemlər yaradacaq

Muellim 2022-06-23 19:34:47

Vaxt gelecek bu tehsil nazirinin yerinde olmadigini anlayanda artiq gec olacaq. Osibka kadriviy politiki!!! Bu sehvlerden millet illerdir eziyyet cekir

Elşən 2022-06-23 19:16:43

Belə..........i vəzifədə saxlamaq birinci xalqa , ikincisi təhsilə hörmətsizlikdi

Vüqar Ələkbərov 2022-06-23 18:26:11

Təhsilə qəsd bilərəkdən 30-50 ildir edilir.Təsadüfi şəxslərin nazir təyinayı,dərsliklərin yarıtmazlığı,Rüşvətin orta və Ali məktəblərdə tüğtanı,plansız və təyinatsız tələbə qəbulları,lazımsız və tədris bazası olmayan özəl universitetlərin ehtiyac olmadan yaradılması,,təhsilə dövlət nəzarətinin demək lar ki,olmaması,özbaşınalıq və qanunsuz işlərə nəzarətin yoxluğu,dövlə nəzarətinin zəifliyi Azərbaycanda bu sahəni dözüıməz və yararsız hala salıb.

Eli 2022-06-23 18:19:56

Hörmetli deputat niye demir ki bu sehv hemin aqronomu bu vezifeye teyin. eden mesul insanların günahıdır.Bu aqronom yaxşı ki,hele mekteblerin erazilerinde qoz fındıq bağları salmayıb.Bunu bu vezifeye teyin ede. ve ra edenler üçün Millet,Dövlet mehfımu yoxdur.

Müəllim 2022-06-23 18:09:51

Anarxiya davam edən [ölkə niyə ayrı-ayrı şəxslərin ixtiyarına verilib? Bəs yuxarı təşkilatlar,hüquq mühafizə,ədliyyə,prokurorluq belə hallara niyə kənardan baxır? Bunun səbəbi nədir? Nə zaman Azərbaycan hüquqi dövlət olacaq?

Son yazılar