Ucar şəhəri N.Nərimanov küçəsi Dəmir Yolu 8 ünvanındakı yaşayış binasının sakinləri “AzPolitika.info”-ya müraciətlərində yaşadıqları binanın çökmək üzrə olduğunu bildirirlər.
Sakinlər qeyd edirlər ki, yaşamağa başqa yerləri olmadığından həyatları üçün təhlükəli olan bu binada qalmağa məcburdurlar: “Ucar şəhəri N. Nərimanov küçəsində yerləşən Dəmir Yolu 8 ünvanındakı binada yaşayırıq. Həmin bina qəzalı vəziyyətdədir, hər an uça bilər. Buna görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Sözügedən binanın yüzdən çox yaşı var və onun əsaslı təmir edilməsi mümkün deyil. Çünki istifadə müddəti keçib, tam yararsız vəziyyətdədir. Mütəxəsislər baxıb deyrlər ki, bu binanın təmiri mümkün deyil. Hətta bina 15 sm dərinliyində yerə çöküb. Hamımız kasıb insanlarıq çörək pulumuzu güclə qazanırıq mənzili təmir etridməyə maddi imkanımız yoxdur”.
Sözügedən binanın "Azərbaycan Dəmir Yolları" QSC-yə aid olduğu qeyd edilir və bildirilir ki, dəfələrlə müraciət etdikləri instansiyalar sakinlərin mənzil problemini həll etmirlər: “Bu bina "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır, dəmiryolçu ailələrinə verilib. Hazırda binada yaşayan insanların həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Yaşamağa başqa evimiz yoxdur, çıxılmaz vəziyyətdə qalmışıq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərinə və digər orqanlara ərizələrə müraciətlər etmişik. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərovdan və "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərindən xahiş edirik ki, şikayət ərizəmizi bizim iştirakımızla, yerində araşdırıb təcili tədbirlər görəsiniz”.
Müraciəti Qasımova Xanım Hümmət qız, Hüseynov Səfər Bahadur oğlu, Rüşanov Rüşan Zakir oğlu, Bəşirov Yediyar Məmmədalı oğlu, Əliyeva Ofeliya Mirzəhüseyn qızı, Doluxanov Sübhan Əhməd oğlu, Musayev Rövşən Sədiyar oğlu və Süleymanova Nərgiz Əşrəf qızı imzalayıblar.
“AzPolitika.info”


Şərhlər