Menu

Sabiq icra başçının fəaliyyət dövrü araşdırılır

07.07.2022, 20:21
Sabiq icra başçının fəaliyyət dövrü araşdırılır

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə bağlı edilən şikayət əsasında onun ifadəsi alınıb.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, sabiq xanım başçının quruma rəhbərlik etdiyi dövrdə əməkdaşları tərəfindən sahibkarlardan qanunsuz tələblər edilib. Sahibkarlar üzləşdikləri problemlərə görə, İradə Gülməmmədovanı günahlandırıblar.

Bununla bağlı sabiq başçıdan hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Hazırda şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr araşdırılır.

Qeyd edək ki, İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə icra başçısı vəzifəsini tutub. O, 19 yanvar 2022-ci ildə vəzifəsindən azad olunub.

Şərhlər

Şəkili 2022-07-07 22:57:00

Rayonların İcra Başçılarının və onun müavinlərinin fəaliyyətləri araşdırlamlıdır !

t.ədalət 2022-07-07 14:20:49

Ümumiyyətlə,Abşeron İcra Hakimiyyəti böyük talanlar və oğurluqlar məkanıdır.Burda gəlirlər tükənmir.Hər yeni gələn İH başçısı yüz milyonları asanlıqüla cibinə soxur.İradənin vaxtında talançı iki nəfər idi.Həm Zakir Fərəcov,həm də İradə Gülməmmədova talanla məşğul idilər.Z.Fərəcovubn İradə ilə şərikli Fatmayıdakı obyektləri kənardan diqqəti cəlb edir.Fermalar,villalar sıralanır.

Camaat 2022-07-07 14:17:13

Bu əcayib məxluq çox gümanki ramiz mehdiyevin erməni-yezidi kürd hibridinin məhsuludur.Görəsən belə əcayib məxluqları haradan eşəliyib tapırlar .Azərbaycanın üz qarası ,baş qaxıncı .....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol