“Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlunu şəxsən tanımıram. Bir dəfə də olsun onunla görüşməmişəm. Bioqrafiyasına baxdım, 30 ildir icrada çalışır, onun 14 ilini başçı vəzifəsindədir”.
Bunu hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb.
O bildirib ki, sözügedən icra başçısı əsgərlikdə də olmayıb: “Ailəsindən də kiminsə 1-ci və 2-ci Qarabağ müharibəsində demirəm, hətta səngərdə xidmət etdiyini düşünmürəm.
Nə qədər ki, Vətənə əsgər kimi xidmət etməyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənin çətin anında həyatı ilə risk etməkdən çəkinənlər yüksək vəzifələrdə təmsil olunacaqlar, problemlər də bitməyəcək.
Tək bir nümunə gətirim. Müharibə iştirakçısı general-polkovnik Əli Nağıyevin DTX-yə rəis təyin edilməsinə bu ölkədə kimsə etiraz etdimi? Xeyr. Nəticəsi də göz qabağındadır”.
Xatırladaq ki, Vətən müharibəsi qazısı Elvin Cəfərov özünü yandıraraq intihar edib. O, intihardan əvvəl yaydığı videoda icra başçından şikayətlənmiş, onu qəbul etmədiyini bildirmişdi. Elvinin yas mərasiminə qatılan başçı isə bütün iddiaların yalan olduğunu demişdi.

Şərhlər
Dəqiq axtarsanız 80 faiz İcra başçıları həqiqi hərbi xidmətdə olmayıb.Buna baxan var?
Bu doğru yanaşma deyil. Hərbi xidmətdə olmamaq normal insan və ya normal düşüncə sahibi olmamaq deyil. O ki, qaldı S.Cabbarova. O da digər başçılar kimi boğazına qədər səhvlərin içindədir. Amma bu rəhmətliyə lazımı səviyyədə qayğı olub axı... İcra başçısı psixi durumu pozulmuş adamın yanında qarovul çəkə bilməz axı. Təssüf ki, qazilərinin arasında belə xəstəliyə düçar olanlar xeyli sayda var. Allah hamısına kömək olsun....
Sovet dönəmində ali məktəblərin çoxunda hərbi kafedralar olurdu və məzunları əsgər aparmırdılar. Günah olmayan yerdə günah axtarmayın.
Məntiq var,əsgərlikdə olmadığından bunu başa düşə bilməzsən
Quya obri memurlar esqerlikde olublar ?
Bizdə niyə başçıların baxışları belə sərt,qəzəbli olur görəsən?Avropa ölkələrində bələdiyyə sədrləri,qubernatorlar,deputatlar öz xalqına belə təkəbbürlü,belə sərt baxışlarla baxmazlar.Çünki əmindirlər ki,millətin onların dədələrinə borcu yoxdu,əksinə,onların millətin qeydinə qalmaq kimi müqəddəs borcları var.
Həqiqi hərbi xidmətdə olmayan kifayət qədər nazir,icra başçısı,deputat,,sədr,müavinlər mövcuddur..... Ona görə onlar qazinin,şəhid ailəlrinin başına oyun açırlar.
DOĞRUDANDA BU İNSAN ƏSGƏRLİKDƏ OLMAYIBSA ONUN VƏTƏN VƏ MİLLƏT BARƏDƏ NƏSƏ EDƏCƏYİNİ GÖZLƏMİRƏM.
QAZİMİZƏ QARŞI HAQSIZLIQ TÖRƏTMƏSİ XALQA VƏ DÖVLƏTƏ QARŞI HƏRƏKƏTDİR,DÜŞMƏN DƏYİRMANINA SU TÖKMƏKDİR.
məntiq yoxdur yazdıgınızda
necə yəni əsgərlikdə olmayıb ona görə də başçı işləyə bilməz, boş boş gündəm yaratmayln məncə!
Bunu mən yaxşı tanıyıram. Çapıb-talamaq üzrə bir nömrəli mütəxəssisdir. Binəqədi rayonunda dairəvi yolu, “Stroydetal” deyilən ərazini, posyolka Kirov deyilən yerdə meşə massivini və s. dağıdıb satıb. Bu işlərini görəndən sonra daha da qabağa gedib. Qazinin özünü yandırması da heç vecinə deyil. Bilir ki, arxasında duran adam onu bu vəziyyətdən çıxaracaq. İndiki Heydər sarayının qarşısında qarabağ qaçqını Heydər Əliyevin qarşına çıxıb Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən incidildiyi barədə ona məlumat verən kimi, Heydər Əliyev ətrafındakılardan soruşdu ki, Qaradağ rayonunun İcra Başçısı burdadırmı? Bu Başçı qaça-qaça gəlib onun qarşısında dayanan kimi, Heydər Əliyev ona dedi ki, səni işdən çıxartdım. Milli lider Heydər Əliyev rəhmətə gedəndə, atam mənə dedi ki, siz onu tez-tez xatırlayacaqsınız. Bu cür özbaşınalıqları görəndə və eşidəndə, o dəqiqə Heydər Əliyevi xatırlayıram. Düşünürəm ki, bu günə kimi yaşasaydı bu Siracəddinə elə dərs verərdi ki, bu bütün məmurların beynlərinə ömürlük həkk olunardı.
Bizi, bizdən qoru allahım! Onsuz da sayəndə düşməndən özümüz- özümüzü qoruyruq! Müharibədən sonra bir tədbirə qatılmışdım. O tədbirdə çıxış edib bildirdim ki, şəhidlərimiz ve qazilərimiz bu milletin seçilmişləridir. Onlardan geriyə qalanlar və qazilərimiz ən ali hassasiyyətlərə və diqqətə layidirlər və bu millət var olduqca onları başı üzərində uca tutmalıdır. Ki ruhlar inciməsin, analar bir daha ağlamasın. Amma nə yazıq ki, vəzifələrdə olan beşinci kalonun bəzi qanı pozuk tör-töküntüləri o ruhları və qazilərimizi incidirlər. Özü də qəsdən incidirlər. Təbii ki, məqsədləri də ölkənin bu həssas dönəmində ictimai narazılığı alovlandırmaqdır.. Ona görə də onlar zərbəni, bu xalqın və onun Başçısının həssas nöqtəsindən vururlar. Bilirlər ki, qazilərimiz elə bir psixoloji travma alıblar ki (hələ cismani itgilərini demirəm), onları kiçicik bir təziqlə intihara sövq edə bilərlər və edirlər də. Qeyd etdiyim tədbirdə qazilərimizdən birinə də söz verildi. O qazi zala xitabən dedi ki, "mən şəhid olmamağımın əzabını çəkirəm. Dostlarımın necə gülə-gülə şəhadətə qovuşduqlarını görüb, indi sağ qalmama üzülürəm dedi və başladı ağlamağa. Bir də dedi ki, əslində biz də ölmüşük, yaşamırıq ki. İndi anladınızmı qanı pozuklar məqsədlərinə çatmaq üçün zərbəni haradan vururlar? Ona görə də əlaqadar qrumlardan, xüsusən də DTX-dən gözləntilərimiz, qazilərimizi intihara sövq edənlərə qarşı amansız olmalarını tələb edirik.