Xəbər verildiyi kimi, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.
Bu, komitənin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovdur.
İctimai marağı nəzərə alaraq, general-mayor Məsum Rəsulovun dosyesini təqdim edirik:
Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
1990-cı ildə orta məktəbi bitirib və 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 1996-cı ildə ordu sıralarından tərxis olunub.
1 sentyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olaraq 2002-ci ildə oranı hüquqşünas ixtisası üzrə bitirib.
26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub.
9 sentyabr 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.
29 may 2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində çalışıb.
Ölkə başçısının 29 yanvar 2019-cu il tarixli sərəncamı ilə Rəsulov Məsum Eynalı oğluna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin general-mayoru ali xüsusi rütbəsi verilib.
Məsum Rəsulov son vaxtlar isə Gömrük Komitəsində Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyirdi.
Azərbaycan Prezidentinin 26 yanvar 2010-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Prezidentinin 29.01.2018-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ailəlidir. Dörd övladı var.

Şərhlər
Nəzarət sistemi Naxçıvanlardan niyə uzaq gəzir? Bunun iki səbəbi ola bilər ki, hər ikisi ölkənin ziyanınadır:
1.Nəzarət funksiyası daşıyanlar elə özləri Naxmıvanlılardır*
2. Hakimiyyt Naxçıvanlılılara xüsusi status verib.Səbəb və məqsd qaranlıqdıe.
3.Onların cinayətləri cəzasız buraxılır. (azad olunan Zifa,Fazil Məmmədovlar,Mahmudov,Qarayev,Məmmədyarov,bir qrup icra başçıları və s.)
Vüqar Məmmədoğluna : Bunlar akula yox.... MİLÇƏKLƏRDİRLƏR.üfunət iyisinə yığılıblar.
....hamsini DNT analiz etmek lazimdir berke Nehremden deyiller
Nehrəm bu akulalari harda yetişdirir ,çox maraqlıdı!
təklif edirəm ki,Gömrük Komitəsinin baş idarəsi Nehrəm kəndinə köçürülsün,daha yeni kadrlar o qədər yolu niyə Bakıya gəlsinlər ki?
Vasif Talibov ve Beyler Eyyubovun vurulmasina hazirliq gedir. Naxcivan mafiyasi esas vezifelerden goturulur.
Yaxşı bunları başa düşdük, bəs bu orden və medalları kim verib. Yəqinki bu yoldaşın müəyyən " заслуга" - sı var da vətən, torpaq, ölkə, dövlət qaşısında
4 il əsgərlik çəkib?
En qusursuz ve temiz memur olub, Mesum m rehberlik etdidi İstintaq en şefaf istintaq olub..
Nə bu adamlara general formasl geyindirin,
nə də həbs edin
hər bir adamı laiq oldugu kimi dəyərləndirin
onun vezifeye dartib apardigınin indiki ehvalini tesevvur edirem. bahali masin, bahali menzil, mesuqeler. kirve ozunden muğayat ol axi seni de vezifeye o dartib apardi gomruye, ozu de qacaqlamciliga reis. hemise senin kimiler kef etmeyecek, evvel axir yediyin nanaenin qoxusu cixacaq
İnanki,bu adam üçün nə Vətən ,nə Xalq, n nə dəki onun qeyrətini -namusunu çəkmək bir vəzifə durur.Ay kişi bir kəmddən nə qədər qeneral olar,özüdə demək olarıhamısı Ğömrük Kömütəsində.Bunlar yalnız və yalnız Azərbaycan Xalqını qanını içmək üçün Ğömrükə toplaşıblar.Yadınıza salam istəyirəmki,hələ mərhum Heydər Aliyevin vaxtında fiziki şəxslər üçün Ölkəyə daxil olan hər hansi bir əşya -mal,istər bu olsun mebel,qızil və sairə dəyəri 10000$ -dollardan çox olduqda .Həm mala Dövlət rüsumi tutulurdu.HeydərAlyivin vəfatından sonra Aydının vaxtında bu summanı 1000$-dollara saldılar və bir çox şikayyətdən sonra İlham Əliyəv yenidən 10000$-dollara qaldırdıki,insanlar rahat özləri üçün yaşasinlar.Amma bu çox kəçmədi vseqo-cəmi 1-ay.Yenidə 1000$-saldılar..Baxin bu indiki insanlaıqdan xəbəri olmayan birisi Dövlət Komitəsinin sədir bu summanı 1000-300$-dollara salıdi.Bu nə ad qoymaq olar???Siz deyin.
Maşallah bir kənd ancaq general istehsal edir...
))))))mehledi elebil
Mən Cəlil Məmmədquluzadəni "Danabaş kəndinin əhvalatları"na görə qınayıram. A kişi, ey ədib, bir kənddən ki, aşağısı 20-30 general çıxıbsa, daha nə istəyirsən???
Kömrük uzun illərdir Nehrəmlilərə işləyir. Millətin arasına ayrı-seckilik salanlar bu millətin düşmənidir ya da bu millətdən deyillər.....