Menu

"MEHDİYEV ŞƏBƏKƏSİ ŞƏR VƏ BÖHTAN KAMPANİYASINA BAŞLAYIB" - Adil Əliyevdən yeni açıqlama

26.07.2022, 12:23
"MEHDİYEV ŞƏBƏKƏSİ ŞƏR VƏ BÖHTAN KAMPANİYASINA BAŞLAYIB" - Adil Əliyevdən yeni açıqlama

"Əziz soydaşlarım, prezident İlham Əliyevin apardığı geniş islahatlar və buna mane olmağa çalışan “5-ci kolon” barədə son müsahibəm radikal müxalifətə, onların xaricdəki söyüşcül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib mənə qarşı şər və böhtan kampaniyasına başlayıblar".

Bu cümlə Azərbaycan parlamentinin vitse-spikeri Adil Əliyevin sosial mediada paylaşdığı bəyanatdandır.

Adil Əliyev ötən həftə ölkəmizdəki "5-ci kolon"un fəaliyyəti barədə hadisə sayıla biləcək açıqlama ilə çıxış etmişdi. Onun həmin çıxışı ölkə gündəmini dəyişdirə biləcək qəbildəndir.

Dünən gecə saatlarında millət vəkili yeni və kəskin bəyanatla çıxış edib. Bəyanatın mabədində bunlar yazılıb: "Bir daha əmin oldum ki, əslində bu üç qüvvə birgə hərəkət edir, hədəf seçdiklərinin üzərinə birgə “hücum” təşkil edirlər. Eyni mərkəzdən idarə olunduqları aşkardır. “Texnologiyalarında” yeni heç nə yoxdur, şər və böhtanla mənim və ailə üzvlərimin üzərinə gəldiklərini düşünürlər. Deməli xaricdən və buradan idarə olunan və dövləti hədəf alan qruplar tərəfindən maliyyələşən internet kanallar onlara ötürülən “qonaqların” dili ilə mənim və ailə üzvlərimin isimlərini hallandıraraq olmayan hadisələr barədə saatlarla müzakirələr aparırlar. Dövləti və milləti düşünən kəs və internet kanalları məni deyil, mənim müsahibəmdəki mesajları müzakirə edər, inkişafa mane olan mövzular ətrafında fikir mübadiləsi aparar. Onların buna marağı yoxdur.

Adil Əliyev və yaxınlarım prezidentin və dövlətin siyasətinə sadiqdir, çalışdığımız vəzifələrdə məmləkətimizin milli və təhlükəsizlik maraqlarına xidmət edir, buna qarşı çıxanlara qarşı isə mübarizəmizi davam etdiririk. Prezident iyulun 25-də bir neçə rayona icra hakimi təyin edərkən məmurları bir daha xəbərdar etdi, rüşvətə bulaşanların, torpaq satanların sonunun olmadığını xatırladı.

Cənab Prezidentin atdığı bütün addımlarda olduğu kimi bu mübarizədə də dövlət başçısının yanındayıq. Mübarizəmiz eyni zamanda rüşvətxorları, mülkünü vətəndaşdan üstün tutan məmurları keçmişdə və indi irəli sürməyə çalışan həmin “5-ci kolona” və kolonun başında gedən Ramiz Mehdiyev kimilərə qarşıdır. Kimlərlə mübarizə apardığımızın fərqindəyik, bunu bizə qarşı müxtəlif istiqamətlərdən şər və böhtan kampaniyasının təşkli də göstərir. Nəticə verməyəcək, çünki biz çoxluqdayıq və onlara qarşı mübarizədə 1990-cı illərin əvvəllərindəki anarxiyanın təkrarlanmasını istəməyən və xarici qüvvələrin əlində alət olmaq istəməyən xalqa arxalanırıq!"

Şərhlər

Oxucu 2022-07-27 08:25:15

44 günlük müharibədə hansı akademikin kəşfindən istifadə edilib? Yusif Məmmədəliyev istisna olmaqla, hansı akademikin işi elmdə və texnikada inqilabi dəyişiklik edib? Hansı akademikin kəşfi sayəsində Azərbaycanın sənayesində və kənd təsərrüfatında güclü inkişaf baş verib. Heç birinin! Buna görə də ümumiyyətlə akademiklik ləğv edilməlidir. Bu vəsaitlər Qarabağımızın yenidənqurulmasına yönəldilməlidir!

ELMİRAYA 2022-07-27 00:21:46

Yığışdırmaq ya istəmirlər.ya da bacarmırlar.Kimi yığışdırdılar ki? .....

oxucu 2022-07-26 23:50:48

Hesab edirəm ki, verdiyi son müsahibə ilə əlaqədar Adil müəllimin narahatçılığı əsassızdır. Çünki hamı onu vətənpərvər və cəsur insan kimi tanıyır. AMEA rəhbəri barədə dedikləri həqiqətdir. İnstitutların avadanlıqlarını satıb, şişirdilmiş qiymətlərlə təmir işləri görüb cibi doldurmaqla, institut əməkdaşlarını 9-dan 5-ə kimi iş yerində oturtdurub, divara baxdırmaqla elmi inkişaf etdirmək olmaz. AMEA-ya alm rəhbərlik etməlidir! Dələduz yollarla birbaşa akademik seçilən, Xoşqədəm Hidayyət qızının “Səni axtarıram” verlişində məişət zorakılığı, abort, boşanmalar sahəsində ekspertlik etmiş şəxsi alim adlandırmaq olmaz! AMEA-da reformalar keçirmək lazımdır. İlk növbədə AMEA-nın Rəyasət Heyəti ləğv edilməli, əvəzində institut direktorlarından təşkil edilmiş, ictimai əsaslarla fəaliyyət göstərən Direktorlar Şurası yaradılmalıdır. Şura sədri, şura üzvlərindən hər iki ildən bir seçilməlidir. İnstitutlarda aparılan elmi işlər dövlətin strateji maraqlarına uyğunlaşdırılmalıdır. Məqalə sayı elmi nailiyyət deyil. Televiziyalarda AMEA əməkdaşlarına yeni represiyalar tətbiq etmək məqsədi ilə mənasız fikirlər səsləndirtmək, elmin inkişafına xidmət etmir.

Vətəndaş 2022-07-26 23:29:50

Ramiz Mehdiyevi 30 ildir görmürdülər kimdir nəçidir. Birdən bir düşmən obrazı çıxardılar ortaya. Bunlar hamısı bir bandadır. Niyə həbs etmirlər. Eldarı Ziyanı Elmarı və başqa talançıları. Hamısı bir yeyiblər xalqın payını necə deyirlət atıblar bu millətə necə lazımdır.

Türk Turan 2022-07-26 14:27:45

antimilli əclaflara qarşı güclü iradə nümayiş etdirmək lazımdır...

Rəvan 2022-07-26 12:54:00

Bu adam elə danışır ki, sanki ölkədə ciddi qurum,ciddi rəhbərlik yoxdur.Mehdiyev də bir vətədaşdır.Ölkənin qanunları var.Tətbiq edin! Belə boş yazılarla millətin başını qatmayın.nsuz da hamı bilir ki, sistem çürükdür.m

Elmira 2022-07-26 12:42:32

Heç başa düşmürük, nə üçün bu Ramiz Mehdiyev və "kampaniyası" yığışdırılmır?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol