"ÖLÜRƏM, MƏNİ XİLAS EDİN!" - 22 yaşlı gəncin ürəkparçalayan müraciəti (VİDEO+FOTOLAR)

22 yaşlı gənc - Şamaxı rayon, Dağ Bağırlı kənd sakini Əbdürrəhmanov Cabbar Faiq oğlu "AzPolitika.info"ya ürəkparçalayan müraciət göndərib.

Ömrünün cəmi iki on ilini yaşamış Cabbar nə iş istəmir, nə maddi təminat. Bu həyat dolu gəncimiz yaşamaq, var olmaq istəyir. Bilir ki, daşıdığı anadangəlmə ürək qüsuru insan ömrünü gözləmədiyi anda qıra, arzuları, ümidləri bir anda məhv ola bilər...

Cabbar onu da bilir ki, bu xəstəliyin müalicəsi var, imkanı olan insanlar müalicə olunub sağalır, həyata davam edir. O da şanslı gənclərdən biri olmaq istəyir, fəqət, nə ailəsinin, nə də yaxınlarının tələb olunan vəsaiti toplamağa imkanı yoxdur. Çünki Belarusda, Almaniyada klinikaların istədiyi 200 min manat onlar üçün əlçatmaz, fantastik rəqəmdir.

Amma Cabbar ümidsiz deyil, Azərbaycan xalqına, onun mərhəmətli, yardımsevər insanlarına, imkanlı şəxslərinə güvənir, onların dəstəyinə ümid bəsləyir: "Sizə yalvarıram, Allah xətrinə, mənə kömək edin, yaşamaq istəyirəm. Kimin hansı məbləğə imkanı çatır, bu karta göndərsin, telefon nömrəsi ilə əlaqə saxlasın. Bilirəm ki, indi fırıldaqçılar, dələduzlar çoxdur, insanlarımızı aldadırlar, şübhə yaradırlar. Nəticədə mənim kimi həqiqi köməyə ehtiyacı olanlar ağrı-acılar içində məhv olub həyatdan gedirlər. Bütün suallarına cavab verərəm, xəstəliyimlə bağlı sənədləri göndərərəm. Yetər ki, məni ölümün pəncəsindən almağa dəstək əli uzadın!..." (Telefon: 050 791 15 23)

P.S: "AzPolitika.info"nun əməkdaşı Cabbar Əbdürrəhmanovun həqiqətən anadangəlmə ürək qüsuru olduğu barədə sənədlərlə tanış olub və redaksiya xeyirxah insanlardan ona dəstək olmağı xahiş edir.

"AzPolitika.info"






635x100

Şərhlər

Eldeniz 2023-09-02 13:55:51

Allah sefa versin qardasa ..daha cox paylasilsin ki , komek eden tapilar insallah

Veteran 2023-03-28 12:43:16

Allah səbəb salsın və pulu olanlara insaf versin.

Adam 2023-02-04 21:07:58

ey Azpolitika şərhlərimizi qeyd elə ki heç olmasa millətin parı çıxıbı kimlərisə odlasın-heç nə yalan deyil mən şərhlərə çox önəm verirəm--ancaq nə yazıq ki millətin pulu parası yoxdur--pul və vəzifələr bu çimri və nadan qeyri millətin əlindədir--onlarda millətin balasına rəhm etmirlər--bu nə qər puldur ki dövlət bunu ayıra bilmir--ayyyayy

Adam 2023-02-03 18:35:44

Tibbi sigorta ne uchundur? Azerbaycanda bu emeliyyati edecek hekim yoxdursa, xaricden hekim devet olunsun ve pulu odenilsin

qaraguruh 2023-01-25 17:02:34

ey çərxi fələk-ey vayi zemanə-neft ölkəsində belə biyabırçılıq olar--nə qədər fondlar var--birini de belə xəstliklər üçün yaradın-- ey səlahiyyetlilər--elə Putindən nümunə götürün--bütün ağır xəstəlikləri götürüb dövlətin hesabına və düzgün edib--belədə olmalıdır

t.ədalət 2023-01-06 20:42:22

Qoca müğənnilərə pul toplayan millət bu köməksiz gəncə,görəsən,niyə yardım etmək istəmir?Axı,onun bu köməyə ciddi ehtiyacı var.

Millət 2023-01-06 15:57:05

Çox maraqlıdır, niyə Heydər Əliyev Fonduna müraciət olunmayıb? Bu Fond çoxlarına kömək eləyib. Az.politika bu işi daha da işıqlandıra bilər. Əvvəlcədən təşəkkür edirəm

Elman 2022-12-28 16:30:01

200.000-nə azı 2 nəfər həkimi yetişdirib, minlərlə imkansız xəstəni müalicə etmək olar. ...

Roma 2022-12-09 16:14:09

Yaxşı deyək ki, Oqtay Şirəliyev kömək etmədi, onda bu gəncə baxılmamalıdır. İlk növbədə Dövlətin yerlərdəki, qürumu yəni Şamaxı İcra hakimiyyəti kömək etməlidir və bu onun borcudur...

Vətəndaş 2022-11-17 16:09:50

.Bəs dövlət.dövlət xəstəxanaları nə üçündür?Niyə Hökumət vətəndaşını özbaşına bitaxmalı,müalicəsini təmin etməməlidir.Elə bundan başlamaq vacibdir.Xalqın qeydinə qalmaq,mülicəsini təşkil etmək,iş yerləri açmaq dövlətin ön borcudur.

Ebu Zerr 2022-11-17 15:45:08

+

korrektor 2022-08-17 18:10:28

mən də qoşuluram t.ədalətin səsinə! Gəncə kömək edin Oqtay Şirəliyev!

t.ədalət 2022-08-17 15:07:53

Bu gəncin ürəkyandıran müraciətini əslən Şamaxıdan olan,səhiyyə naziri olanda milyardları talayan,qızı Noranın erməni cigərxanyanın ayaqları altına milyonları səpən Oqtay Şirəliyevə istiqamətləndirmək istərdim.Nə olar,ermənilərə xərclədiyiniz pullardan bu gəncə də xərcləyin.Onun həyatını qurtarmaqla özünüzü gələcəyin böyük faciələrindən xilas edə bilərsiniz.Rəhimli olun ki,bəlkə ,Allahın da sizə rəhmi gələr.

Son yazılar