Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi - "NATO üzvlükləri dalana dirənəcək..."

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya hələlik Ankaranın gözləntilərinə uyğun olaraq Türkiyənin ekstradisiya tələblərini təmin etməyib. Əgər tələblər yerinə yetirlməzsə, bu ölkələrin NATO-ya üzvlük prosesi dalana dirənəcək.

“Milliyet” qəzetinin yazdığına görə, nazir bildirib ki, Türkiyənin müsbət qərar verməsi o demək deyil ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi başa çatıb: "Bu, prosesi başlamaq iradəsini göstərir. Əgər müqavilədə verilən vədlər yerinə yetirilərsə, Türkiyə sözünün üstündə duracaq. Bizim sözümüz nədir? Əgər söz verdiyinizi yerinə yetirsəniz, üzvlüyə “hə” deyəcəyik. Əks halda proses ləngiyəcək. İndiyə qədər İsveç və Finlandiya hökumətləri Türkiyənin gözləntilərinə uyğun olaraq ekstradisiya tələblərini təmin etməyiblər... Onlar tərəfindən ekstradisiya edilən şəxsin terror cinayətləri ilə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun Baş katibinə ərizə təqdim ediblər. İyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzaladılar. Türkiyə də öz növbəsində bu iki Avropa ölkəsinin NATO-ya daxil olmasına etirazını geri götürüb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar