“Ərdoğan Putindən təklif gətirdi, ancaq...” - Andrey Piontovski

“Görüşdən əvvəl Zelenskiyə Putinlə diplomatik danışıqlara getmək üçün təzyiq ediləcəyi ilə bağlı narahatlıqlar var idi. Amma Ukrayna dövlətinin başçısı qəti şəkildə bildirdi ki, danışıqlar yalnız rus qoşunları Ukrayna ərazisindən çıxarıldığı təqdirdə baş tuta bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı publisist Andrey Piontovski, ötən gün Lvovda BMT Baş katibi, Türkiyə və Ukrayna liderləri arasında baş tutan görüşü şərh edərkən deyib.

Jurnalistlərin “Ərdoğan bu görüşdə istədiyini əldə edə bildimi?” sualına, Piontovskinin cavabı belə olub: “Düşünürəm ki, bu görüşdən başqa bir nəticə gözləmək olmazdı. Ərdoğan Putindən təklif gətirdi. Ancaq Putinn təklifi rus gəmisi kimi gəldiyi ünvana geri göndərildi”.

“Görüşün niyə cəmi 40 dəqiqə çəkdiyinə gəlincə, Ərdoğan sadəcə Putinin qarşısında “lazımi ritual”ı həyata keçirir. Türkiyənin maraqları bunu tələb edir. O, Putinin tərəfdarı kimi çıxış etmir. Manevr edir və uğur qazanır. Onu da deməliyəm ki, Ərdoğan özünü dünya ictimaiyyətindən daha ləyaqətli aparır”, - Piontovski bildirib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar