Menu

Qazi polkovnikin şikayəti araşdırılır - Bakı Təhsil İdarəsindən açıqlama

17.09.2022, 14:30
Qazi polkovnikin şikayəti araşdırılır - Bakı Təhsil İdarəsindən açıqlama

Bakı şəhər Təhsil İdarəsindən qazi polkovnik-leytnant Elşən Umarovun 227 saylı tam orta məktəbin rəhbərliyindən şikayəti ilə bağlı açıqlama verilib.

Xatırladaq ki, dünən saytımızda "Direktordan qazi polkovnikə qarşı hörmətsiz davranış"  başlıqlı yazıda sözgedən orta məktəbdə baş verən hadisədən bəhs olunub.

E.Umarov saytımıza bildirirb ki, övladının həmin məktəbdə təhsil alması üçün müraciət etsə də direktor Sevinc Hüseynova "burada şou göstərmək lazım deyil" deyərək qazi zabitə təhqiredici cavab verib, şagirdi məktəb qeydiyyatına almaqdan imtina edib.

Bakı Təhsil İdarəsindən "AzPolitika.info"ya bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

"AzPolitika.info"

Şərhlər

RR 2022-09-17 17:26:27

Yalansa qercey olsun ,,,

Tural 2022-09-17 14:36:08

Təhsilimizin ən böyük bəlası məktəb direktorlarıdır. Təhsil nazirliyi nazirlik kimi ən mükəmməl işlər hazırlasa belə gəlib direktorlarda tormozlanır....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol