Ermənistan strateji müttəfiqini Brüsseldə necə satıb? - İrəvan indi də ABŞ-ın for-postu olmağa çalışır...

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan oktyabrın 3-də NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə Rusiya və KTMT əleyhinə kəskin ifadələr işlətdyi iddia olunur.

"AzPolitika.info" Caliber.az-ın diplomatik dairələrdəki etibarlı mənbədən əldə etdiyi məlumata istinadla xəbər verir ki, Qriqoryan israrla Qərbdən dəstək istəyib.

Erməni diplomatiyasının əsas təmsilçilərindən biri olan TŞ katibinin Qərb diplomatları ilə müzakirələrdə səsləndirdiyi fikirlər doğrudursa, bu, İrəvanın “qucaq” dəyişməyə, zəifləyən Rusiyanın himayəsindən çıxaraq, ABŞ-ın for-postu olmağa çalışdığını göstərir.

Belə ki, məlumata görə, Qriqoryan 12-14 sentybarda baş verən hərbi qarşıdurmanın Rusiya-Ukrayna müharibəsi arasında əlaqə olduğunu iddia edib. TŞ katibi bir qədər də irəli gedərək vurğulayıb ki, Qərb Ukraynada demokratik dünya dəyərləri uğrunda mübarizə aparır. Hətta Ermənistanın Azərbaycana təcavüzünü “unudaraq”, iki ölkə arasındakı münaqişəni“demokratiya ilə avtokratiya” qarşıdurması kii qələə vermyə çalışıb.

Maraqlı məqamlardan biri də odur ki, Qriqoryan NATO diplomatlarına erməni xalqının Avropanın, xristian sivilizasiyasının bir hissəsi olduğunu və Ermənistan özünü yalnız Qərbdə gördüyünü deyib. O, fikirlərinin isbatı kimi Paşinyan hökumətinin cinsi azlıqların hüquqlarına məsələsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Qriqoryan Rusiyanın 44 günlük müharibədən sonra Rusiyanın proseslərdəki rolunu, erməni ordusunu tam məhv olmaqdan faktiki olaraq xilas etməsini bir kənata ataraq Azərbaycanın “təzyiqlərinin” qarşını almaqda ancaq ABŞ-a güvəndiklərini qeyd edib.

"Ermənistan üçün nə Rusiya, nə də Avropa İttifaqı Amerikanı əvəz edə bilməz. Şarl Mişelin səyləri iflas etdi, Avropa Birliyi dişsizdir" - deyə, bildirib.

Ermənistan diplomatiyasının əsas simalarından olan TŞ katibi daha sonra rəsmi İrəvanın Rusiya ilə yaxın əlaqələrini qırmağa hazır olduğunu, amma bunun üçün ilk növbədə Qərbdən təminat gərəkdiyini vurğulayıb.

Qriqoryan bir daha NATO təmsilçilərini Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiyanın maraqları üst-üstə düşdüyünü və Ermənistan hər üç ölkəyə qarşı mübarizədə Qərbin təbii müttəfiqi olduğuna inandırmağa çalışıb.

TŞ katibinin Rusiyanın ünvanına kəskin ifadələr səsləndirməkdən çəkinmədiyi də iddia olunur: "Ermənistan xüsusilə Azərbaycanın 13 sentyabr "hücumundan" sonra KTMT-dən çıxmaq barədə ciddi düşünür. Son sərhəd gərginliyi zamanı Ermənistan hətta ikitərəfli əsasda Rusiyadan kömək istəsə də, Moskva bundan imtina edib".

Qriqoryan Rusiyanın Azərbaycanın Zəngəzur dəhlizi tələbini və nəticədə Ermənistan ərazisinin parçalanmasını dəstəklədiyini iddia edib.

Nə qədər gülünc səslənsə də, Qriqoryan, Rusiya vətəndaşının Ermənistana üz tutmasının səbəbinibelə Ermənistanın demokratik ölkə olması ilə izah edib.

Qriqoryanın bununla kifayətlənmədiyi, Kreml rəhbərliyinı qəzəbləndirəcək fikirlərə də yer verdiyi iddia olunur: "Biz hökumət daxilində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı fəal müzakirələr aparırıq. Rusiya hərbi bazası, Rusiya xüsusi xidmət orqanlarının Ermənistan ərazisində yerləşən əməkdaşları ilə bağlı bütün məlumatlar artıq Qərb kəşfiyyatına verilib.

Biz başa düşürük ki, Ermənistan KTMT-də qaldığı halda, yüksək keyfiyyətli ABŞ silahlarını ala bilməz".

TŞ katibi daha sonra Paşinyanın Azərbaycanla sərhəddə xarici müşahidəçilərin gətirilməsi tələbinin arxasında duran niyyətləri ifşa edib:"İlkin məqsədimiz Azərbaycanla sərhəddə beynəlxalq müşahidə missiyasına nail olmaqdır: bir müddət sonra bu missiyanı genişləndirməyə çalışacağıq. Biz bu missiyanı Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasından sonra gələcəkdə yerləşdirmək istədiyimiz beynəlxalq sülhməramlı qüvvələrin özəyi kimi görürük".

Qriqoryan Ermənistan-İran müttfəqiliyini NATO rəsmilərinə bu cür təqdim edib: "Biz demokratik ölkə olaraq başa düşürük ki, İran orta əsr qaydaları ilə idarə olunan ölkədir, lakin Tehran Azərbaycan və Türkiyə ilə mübarizədə Ermənistanın təbii müttəfiqidir..."

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar