Menu

KTMT-nin baş katibi Paşinyana nə təklif edib?

05.10.2022, 18:00
KTMT-nin baş katibi Paşinyana nə təklif edib?

Ötən gün KTMT-nin baş katibi Stanislav Zas yenidən Ermənistana gəlib və baş nazir Nikol Paşinyanla görüşüb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə oktyabrın 5-də jurnalistlərə müsahibəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.

Səfirin sözlərinə görə, Zas KTMT-yə üzv dövlətlərin başçıları tərəfindən baxılması üçün hazırlanmalı olan tövsiyələr barədə məlumat verib. 

“Düşünürəm ki, biz təşkilatın bu regionda mövcudluğunu və rolunu praktikada göstərməli olan konkret addımlardan danışırıq”, - Kopırkin əlavə edib.

Qeyd edək ki, KTMT-nin Azərbaycanla Ermənistan arasında hərbi gərginliyə passiv reaksiyası həm İrəvanda, həm də cəmiyyətdə təşkilata inamsızlığa səbəb olub, birbaşa öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı bəyanatlar səslənib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol