"Ankara Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda vasitəçi olmaq haqqında düşünürsə, o zaman Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu həftə Astanada görüşəcəklər, onların bunu müzakirə etmək imkanı olacaq".
"AzPolitika.info" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Ümumilikdə Moskva istənilən təklifləri dinləməyə hazırdır, lakin bu və ya digər prosesin nəticəyə gətirib çıxaracağını əvvəlcədən söyləmək mümkün deyil", - nazir qeyd edib.
Lavrov Astana görüşünü böyük fürsət adlandırıb, amma əlavıə edib ki, bu barədə rəsmi heç bir təklif almayıblar.
"AzPolitika.info"


Şərhlər