“Hüquq və İnkişaf” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əhalinin həssas sosial qruplarına pulsuz hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsində hüquqi yardım xidmətləri göstərir.
Təşkilatdan "AzPolitika.info"ya verilən məlumata görə, hüquqi yardım xidmətləri aztəminatlı ailələrə, şəhid ailələrinə, pensiyaçılara, qadınlara, o cümlədən məişət zorakılığına məruz qalmış qadınlara göstərilir.
"Pulsuz hüquqi yardım xidmətləri barədə layihə çərçivəsində fəaliyyət göstərən “Hüquqlarımızı bilək” Feysbuk səhifəsində və layihə rəhbərinin Feysbuk səhifəsində elanlar yerləşdirilib. Eyni zamanda, hüquq maarifçiliyi və hüquq yardımı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu barədə məlumatlandırılıb", - məlumatda qeyd olunub.
Layihə çərçivəsində hüquqi yardım üzrə indiyədək 42 müraciət daxil olub: "Bunlardan 22 müraciət üzrə hüquq məsləhətləri və ayrı-ayrı hüquq normalarının izahı verilib, 8 müraciət üzrə dövlət (inzibati) orqanlarına müraciətlər hazırlanıb, 12 müraciət üzrə məhkəmələrə iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanıb verilməsi ilə bağlı olub. Dövlət orqanlarına və məhkəmələrə müraciətlər üzrə Ərizəçilərin hüquqları birinci instansiya, apellyasiya və kassasiya unstansiyası məhkəmələrində müdafiə olunur".
İcitmai Birlikdən bildirilib ki, hüquqi yardım üçün müraciətlər birbaşa, telefonla və elektron (e-mail, Feysbuk, Watsap vasitəsi ilə) qaydada edilir. Ondiyədək 50 – yə yaxın şəxsə birbaşa və onlayn qaydada hüquqi yardım göstərilir.
"Bu layihə çərçivəsində eyni zamanda “Hüquqlarımızı bilək” Feysbuk səhifəsində həssas əhali qruplarının hüquqi məlumatlılığının artırılması məqsədilə hüquqi maarifçilik işi aparılır. Feysbuk səhifəsində hüquq maarifçiliyi üzrə fəaliyyət hüquqi məlumatlandırma xarakterli materialların, sosial hüquqlarla bağlı qanunvericilik aktlarının, qanunvericiliyə dəyişikliklərin feysbuk səhifəsində yerləşdirilməsi, qanunların və sosial hüquqların həyata keçirilməsi üzrə qaydaların izahı, sosial hüquqların həyata keçirilməsi və müdafiəsi qaydalarının, onların hüquqi mexanizmlərinin verilməsi, sosial hüquqlar sahəsində müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlər, məlumatlandırma xarakterli qısa sual-cavablar və s. kimi məlumatların verilməsi formasında həyata keçirilir. Burada həmçinin, layihə çətçivəsində keçirilən tədbirlər barədə də məlumatlar yerləşdirilir. Burada həmçinin, bu qrupa daxil olan şəxslərə onlayn hüquqi yardım xidmətləri göstərilir", - deyə məlumatda qeyd olunur.
"AzPolitika.info"


Şərhlər
Ev mənim adımadır oqlumu evləndirmişəm 6 yaşında oqul nəvəm var qəlin bu evdə ucotda deyil boşansalar bu evdən gəlinə pay düşürmi