Menu

“Nazirin təbirincə desək, bunlar da cinayətdir...” – Deputat

13.10.2022, 16:16
“Nazirin təbirincə desək, bunlar da cinayətdir...” – Deputat

"Əgər müəllim yeni məzunlar qrupuna daxildirsə, bu acınacaqlı hala görə müəllim hazırlayan ali məktəblər cavabdehlik daşıyırlar. Əgər müəllim çoxdanın müəllimidirsə, onda o, təkmilləşməyə cəlb olunmayıb. Cəlb olunubsa, lap pis, ən əsası isə özü-özünü təkmilləşdirməyib".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, deputat Etibar Əliyev təhsil naziri Emin Əmrullayevin sosial şəbəkələrdə geniş yayılan çıxışına münasibət bildirərkən deyib.

Xatırladaq ki, nazir imtahanlarda suallara cavab verə bilməyən müəllimləri sərt tənqid edib, onların savadsızlığını vətənə xəyanətə bərabər tutub. Nazir, deyib: “Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir”.

Etibar Əliyev bununla bağlı yazır: "Ali məktəblərin birində "Kimya" imtahanında tələbələrdən Xlorun (Cl) və Dəmirin(Fe) valentliyini soruşdum, bilən olmadı. Müəllim hazırlayan ali məktəblərin birində isə 4-cü kurs "Fizikanın tədrisi metodikası" dərsində məşhur Maks Plank düsturunu soruşdum, bunu da bilən olmadı. "Fəlsəfə" fənnindən keçirilən imtahanın sualları isə bizim ötən əsrin 80-ci illərində keçdiyimiz cəfəngiyyat bir elm olan "Dialektik materializm"in sualları idi. Nazirin təbirincə desək, bunlar da cinayətdir..."

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2022-10-13 23:50:08

Müəllimlərin maaşını deputatlara,deputatların maaşını müəllimlərə verin görün təhsil necə gözəlləşər.Çünki deputat baxar maaşına,görər acından ölməmək qədərdi,deyər bayaqdan həm hörmətim vardı həm pulum,amma eybi yox,indi pulum az olsa da hər yanda hörmətim ki qalıb deputat kimi.Müəllim də baxar 6-7 min maaşa,sevinər ki bayaqdan nə hörmətim vardı nə pulum,indi Allaha şükür ki pulum var.Və başlayar millətin gələcəyi olan uşaqlara həvəslə dərs keçməyə.Daha Nyutondan,elementlərin dövri cədvəlindən-filandan danışanda fikri qaz pulunda,işıq pulunda,ət pulunda,yağ pulunda,it pulunda qalmaz.Yaşayar yəni adam kimi.

qara 2022-10-13 19:14:01

məncə imtahanlar düzgün keçirilir--lakin müsahibədə insanları çətinə salırlar--necə??-ekspertlər bütün sahələr üzrə bilgilər tələb edirlər--o halda ki özləri yalnız bir sahə üzrə ixtisaslaşıblar-maraqlıdır deyilmi??--müsahibə də imtahan formasında müsahibəyə uyğun keçirilməlidir--yoxsa ki nazir guya dahidir--sən müəllim yaşayışına bax gör o şəraitdə o yaşda v.s hamı hər şeyi yaxşı başa düşür

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol