Menu

Paşinyan Naxçıvana dəhliz verməməkdə israr edir – “Bəyannamədə dəhliz ifadəsi cəmi 1 dəfə keçir...”

14.10.2022, 17:08
Paşinyan Naxçıvana dəhliz verməməkdə israr edir – “Bəyannamədə dəhliz ifadəsi cəmi 1 dəfə keçir...”

“Bütün regional kommunikasiyaların açılması kontekstində Azərbaycanın “dəhliz mövzusu”nu daim tirajlaması 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin icrasını təhrif etməkdən və sabotajdan başqa bir şey deyil”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib.

Paşinyan yenə saxtakarlıq edərək, guya sözügedən bəyanatın 9-cu bəndində “dəhliz” sözünün heç bir yerdə qeyd olunmadığını bildirib: “9 noyabr 2020-ci il tarixli bəyanatda dəhliz sözü "dağlıq Qarabağ"ın təhlükəsizliyinin təmin edilməsi kontekstində yalnız Laçın dəhlizi ilə bağlı işlənir və nəqliyyat əlaqələrinin açılması mövzusu ilə heç bir əlaqəsi yoxdur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol