Milli Məclisin 125 saylı Qubadlı-Zəngilan Seçki Dairəsindən seçilmiş üzvü İmamverdi İsmayılov "Feysbuk" səhifəsində Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.
"Salam, Zəngilanım! Azad Şərqi-Zəngəzurun dilbər guşəsi olan Zəngilanım, xoş gördük! Bu gün sənin azadlıq günündür! Hamımızın gözü aydın olsun! Yeni, müasir yollar salınır, azad, abad kəndlər tikilir, şəhərlər qurulur. Dünənədək ayaqlarımızla gedə bilmədiyimiz yurdlarımızda bu gün dünya standartlarına uyğun hava limanları bizə qucaq açır. İndi, bu anlardaca, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilanda böyük quruculuq işləri ilə tanış olur, açılışlar edirlər. Birazdan isə hörmətli qonağımız – Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana birbaşa uçan təyyarəsini elə doğma yurdun hava limanındaca qarşılayacaqlar. Zəfər tarixidir bu! Xoş güzarın, büsatın mübarək, Vətən!", - millət vəkili qeyd edib.
"AzPolitika.info"


Şərhlər